İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr, həmçinin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə (BB vəzifə qrupu) 11 avqust 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
DİM-dən bildirilib ki, namizədlər linkdəki müvafiq keçidlərə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
Avqustun 11-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsinə aid digər vəzifə qrupları (AB, AC, BA) üzrə imtahanlar isə kompüter vasitəsilə keçiriləcək. Həmin namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.