2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin İqtisadiyyat ixtisasına tələbə qəbulunun yekun nəticələri açıqlanıb.
Bu barədə Qarabağ Universitetindən məlumat verilib.
Bildirilib ki, universittetə İqtisadiyyat ixtisasına tələbə qəbulu üzrə keçid balı 441.8, orta bal 484.7 və ən yüksək bal isə 604.5-dir.
Qeyd edək ki, ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57% dolub.