2024-cü il 2 sentyabr tarixində dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan 35 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 4-ü dördüncü təsnifatına, 8-i beşinci təsnifatına, 10-u altıncı təsnifatına və 12-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (7 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatı rəhbərinin müavini - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsidir.
inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (şöbə müdirləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 2024-cü il 2 sentyabr tarixindən 2024-cü il 16 sentyabr saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər