Xəbər verdiyimiz kimi, bu gündən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə dair meyarlar içərisində proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə bacarığı, özünü təqdimetmə bacarığı, pedaqoji prosesi təşkiletmə bacarığı və ünsiyyət bacarığı yer alır.
Bəs, görəsən, xarici dil müəllimləri tədris etdikləri fənn dilinə uyğun müsahibələrə cəlb olunacaq?
Mövzu ilə bağlı AzEdu.az-a istinadən bildiririk.
Nazirilikdən sorğumuza cavab olaraq bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində xarici dil fənn müəllimlərinin tədris etdikləri dil üzrə müsahibəyə cəlb olunması nəzərdə tutulmayıb.