Gələn həftə xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi çap olunacaq.
Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunda çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu dərslik həm də xaricdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər