11 sentyabr 2024-cü il tarixində DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təqdimat nümayiş etdirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təlim iştirakçılarına etik davranış qaydaları, həmin qaydaların tətbiqi məsələləri ilə bağlı nümunələr, pozuntu hallarında intizam məsuliyyətinə cəlb edilmə şərtləri, etik müvəkkil anlayışı, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin əsasları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.
Qeyd edək ki, təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.