Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

AzMİU yeni tələbələri ilə birgə 50-ci tədris ilinə qədəm qoydu

Elm və təhsil

16-09-2024, 14:53

AzMİU yeni tələbələri ilə birgə 50-ci tədris ilinə qədəm qoydu

Universitetdən bildirilib ki, yüksəkixtisaslı kadrların bilik yolunda ilk addımını atdığı bu əlamətdar gündə ilk olaraq müasir müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Açılış mərasimində akademik və inzibati heyət, valideynlər, tələbələr qarşısında çıxış edən universitetin rektoru professor Gülçöhrə Məmmədova onları salamlayıb. Rektorluq adından yeni tədris ilinin ilk dərs günü münasibətilə AzMİU-nun tələbəsi adını qazanan gəncləri və onların valideynlərini ürəkdən təbrik edib.

Rektor təhsil həyatında biliyin önəminə diqqət çəkib. Bugünün əbəs yerə bilik günü adlandırılmadığını, hər kəs tərəfindən bayram kimi qeyd edildiyini deyib. Ölkəmizdə bilik iqtisadiyyatının qurulduğunu vurğulayan professor Gülçöhrə Məmmədova akademik heyəti və tələbələri daha əzmlə çalışmağa səsləyib: “Bu gün biliklərə əsaslanan yeni texnologiyalara sahib ölkələr sürətlə öncül mövqelərə daşınır. İntellektual səviyyəsi yüksək ölkələr yaratdığı yeni texnologiyalarla sənaye, iqtisadiyyat və digər sahələri inkişaf etdirərək qabaqcıl ölkələr siyahısında qərarlaşır. Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də məhz bu istiqamətə yönəlib. Biz daha çox çalışmaqla, ölkəmizi dünyaya tanıtmalı, demokratik və nüfuzlu ölkələrdən birinə çevirməliyik. Əlbəttə ki, bu işlər dünən də, bu gün də yerinə yetirilib. Şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Siz tələbələr, gənc nəsil ölkə başçısı tərəfindən yürüdülən bu strateji siyasətin sabahkı icraçıları olacaq, ideyaları həyata keçirəcəksiniz. Rektor çıxışında 2024/2025-ci tədris ilində AzMİU-nun qəbul planı və tələbə sayını da açıqlayıb: “AzMİU bu il qəbul planını 94% yerinə yetirib. Universitetə 2301 nəfər abituriyent qəbul olub, onlardan 1216 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbə sayı isə 952-dir. Beləliklə, ümumilikdə 3200 nəfərdən çox gənc AzMİU-da təhsil almaq şansı qazanıb. Ötən ilə nisbətən bu il onlar arasında 500-600 bal yığan gənclərin sayı daha da artıb. Bu, universitet olaraq bizim doğru istiqamətdə olduğumuzun göstəricisidir, eyni zamanda bizim üçün əlavə motivasiyadır”.

Qeyd olunan nəticənin universitetimizin tarixinə yazılan böyük nailiyyət kimi dəyərləndirən rektor Gülçöhrə Məmmədova akademik heyət üzərinə də böyük məsuliyyətin düşdüyünü söyləyib. Ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladaraq, dünya əhəmiyyətli bu hadisənin universitetdə hazırlanan ixtisaslar üçün də önəmli olduğunu qeyd edib: “İqlim dəyişikliyinin təbiətə, iqtisadiyyata gətirdiyi dəyişikliklər bizim hazırladığımız ixtisaslara bilavasitə təsir göstərir. Bu ixtisaslarda çalışan mütəxəssislər iqlim dəyişmələrinə uyğunlaşaraq, öz işlərində itki və zərərləri aradan qaldırmağa səy göstərirlər. Memarlar, inşaatçılar, mühəndislər və başqaları iqlim problemləri ilə bilavasitə bağlıdırlar. Bu çağırışlara ölkəmizin necə cavab verəcəyi siz, gənclərin gələcək mütəxəssis kimi fəaliyyətindən asılı olacaq”. Professor Gülçöhrə Məmmədova universitetin tarixinə diqqət çəkərək yeni tədris ilini AzMİU-nun həyatında əlamətdar tarix adlandırıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan universitetimizin yaxın zamanlarda 50 illik yubileyi qeyd olunacaq. Rektor AzMİU-nun keçən 50 ildə dövlətçilik prinsiplərinə sadiq qaldığını, ölkəmizin ali təhsil sisteminin güclənməsinə, ixtisaslı mühəndis kadrların sayının artmasına, memarlıq, inşaat, kommunikasiya sistemləri və bu kimi önəmli sahələrin inkişafına xidmət etdiyini vurğulayıb.

Daha bir əhəmiyyətli tarixə diqqət çəkən rektor Qarabağda fəaliyyətə başlayan universitet və məktəblərdən də danışıb. Tarixi qələbəmizin gətirdiyi bu qürurlu günün sevincini tədbir iştirakçıları ilə bölüşüb. İşğaldan azad edilmiş ərazilərimizdə daim üçrəngli bayrağımızın qürurla dalğalandırılmasını arzulayıb, yeni akademik ilin ölkəmizə və AzMİU-ya uğur gətirməsini diləyib.

Tədbirin xüsusi qonağı işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərində yaxından iştirak edən Türkiyənin "ProYapı" şirkətinin icraçı direktoru Akif Aygen çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. AzMİU-nu inşaat və memarlıq istiqamətində yüksəkixtisaslı mütəxəssis hazırlayan qabaqcıl universitet kimi qiymətləndirib. Universitetin artan dinamika ilə inkişafını beynəlxalq təcrübələri, innovativ elmi yenilikləri uğurla tətbiq etməsi ilə əlaqələndirib. Çıxışın sonunda tələbələrə akademik biliklərlə yanaşı şəxsi inkişafları üzərində daima çalışmağa, yeniliklərə açıq olmağa çağırıb. 631 balla Memarlıq fakültəsinə qəbul olan Əminət Şabanova və AzMİU ilə İTU arasında ikili diplom proqramının məzunu, hazırda isə universitetin magistratura səviyyəsinə qəbul olan tələbəsi Asiman Əlizadə öz sevincini tədbir iştirakçıları ilə bölüşüblər. Universiteti seçmə səbəbləri arasında AzMİU-nun beynəlxalq reytinqlərdəki mövqeyi, ixtisaslarının uğurla akkreditasiyadan keçməsi, qabaqcıl dünya universitetləri ilə birgə həyata keçirdiyi ikili diplom proqramları, akademik heyətin nüfuzlu alim və müəllimlərdən təşkil edilməsi kimi vacib məqamları qeyd ediblər.

Qeyd edək ki, bu il universitetimizi seçənlər arasında şəhid övladları da yer alıb. Şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli bakalavr, şəhid baş leytenant Valeh Babayevin oğlu Səid Babayev magistratura səviyyəsinə qəbul olublar.

Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim olunub.

Oxunub: 86
Paylaş:
Digər xəbərlər

Ali təhsil

7-12-2023, 17:08

AzMİU-da rektor MİT fakültəsinin I kurs tələbələri ilə görüşüb

Ali təhsil

22-11-2023, 14:30

Gülçöhrə Məmmədova I kurs tələbələri ilə görüşüb

Ali təhsil

17-11-2023, 10:19

Rektor birinci kurs tələbələri ilə görüşüb

Ali təhsil / Gündəm

15-09-2023, 20:36

Azərbaycan Kooperasiya Universitetində Bilik günü...

Ali təhsil

24-05-2023, 19:57

Radiasiya Problemləri İnstitutunda AzMİU-nun baza kafedrası yaradılacaq

Araşdırma
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
Abşeron-Xızı Regional Təhsil İdarəsində AYNUR RÜSTƏMOVA HEGEMONLUĞU
ETN- ARTİ-LDU-Lənkəran Astara Regional Təhsil İdarəsini nə birləşdirir? Dövlət səviyyəsində qanunsuzluq etməyə bu ixtiyarı haldan alıblar???
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR
Elm və Təhsil
Dün, 14:00
Nazirdən “Son zəng”lə bağlı yeni TAPŞIRIQ
Dün, 13:55
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ
Dün, 13:54
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…
Dün, 00:02
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
23-05-2025, 17:47
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
23-05-2025, 13:24
Tanınmış jurnalist direktorların işdən çıxarılmasına münasibət bildirdi...
Hadisə
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
29-03-2025, 18:06
Naxçıvanda tələbə dəm qazından boğularaq ölüb
Son xəbərlər
  • Dün, 14:00
    Nazirdən “Son zəng”lə bağlı yeni TAPŞIRIQ
  • Dün, 13:55
    Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ
  • Dün, 13:54
    7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…
  • Dün, 00:02
    Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
  • 23-05-2025, 17:47
    Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
  • 23-05-2025, 13:24
    Tanınmış jurnalist direktorların işdən çıxarılmasına münasibət bildirdi...
  • 23-05-2025, 13:08
    Universitetlərə qəbul planı AÇIQLANDI
  • 23-05-2025, 13:07
    Kolleclərə qəbul planında DƏYİŞİKLİK
  • 23-05-2025, 13:07
    İmtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə edilir - DİM
  • 23-05-2025, 13:06
    Bu gün IX sinif imtahanın nəticələri açıqlanacaq - RƏSMİ
  • 23-05-2025, 13:05
    İmtahanla bağlı apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq
  • 23-05-2025, 11:17
    Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
  • 23-05-2025, 11:15
    Bu il ərizə sayı ötən ildən 12 min çoxdur - DİM sədri
  • 23-05-2025, 10:45
    İmtahan nəticələrinin bu gün elan olunması GÖZLƏNİLİR
  • 23-05-2025, 10:45
    Müəllimlərin işə qəbulu imtahanı - Kimlər iştirak edə bilərlər?
  • 23-05-2025, 10:40
    Bakıda 3 məktəb direktoru İŞDƏN ÇIXARILDI
  • 22-05-2025, 12:13
    BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib
  • 22-05-2025, 12:00
    Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət alan abituriyentlərin NƏZƏRİNƏ
  • 22-05-2025, 11:54
    MİQ-ə qeydiyyat BAŞLADI
  • 22-05-2025, 11:53
    “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanının nəticələri açıqlandı
  • 22-05-2025, 11:52
    Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib
  • 22-05-2025, 11:51
    Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
  • 21-05-2025, 23:59
    Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovanın səs yazısı
  • 21-05-2025, 20:04
    Təhsil sahəsində çalışanların güc savaşının arxasında duran nədir?
  • 21-05-2025, 18:47
    HƏP Naxçıvanda geniş iclas keçirdi - VİDEO
  • 21-05-2025, 14:09
    “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilməsi nəzərdə tutulub.
  • 21-05-2025, 13:54
    201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
  • 21-05-2025, 13:37
    İşdən çıxarılan məktəb direktorunun "ürəyi getdi"
  • 21-05-2025, 12:12
    9-cu sinif şagirdlərinə müraciət - onlayn imtahanın vaxtı
  • 21-05-2025, 12:11
    Məkəb direktorları arasında kişilər daha çoxdur - RƏQƏMLƏR
  • 21-05-2025, 12:10
    Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
  • 21-05-2025, 12:09
    ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə bilikləndirilib
  • 21-05-2025, 12:08
    Sertifikasiya: Bu il kəsilənlərin sayı arta bilər? - PROQNOZ
  • 21-05-2025, 12:06
    LDU-da dəyirmi masa: “Regionlarda elm və təhsilin inteqrasiyası”
  • 21-05-2025, 12:06
    DİM-də növbəti təlim təşkil olunub
Daha çox
21-05-2025, 13:54
201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
21-05-2025, 20:04
Təhsil sahəsində çalışanların güc savaşının arxasında duran nədir?
Dün, 00:02
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
19-05-2025, 16:38
ŞOK! 201 saylı məktəbin direktoru müəllimi zavuça qarşı durmağa məcbur edir! VİDEO
23-05-2025, 17:47
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
21-05-2025, 23:59
Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovanın səs yazısı
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə