Türkiyənin Milli Təhsil Naziri Mahmut Özər, "2022-2023-cü tədris ilinin əvvəlindən bu yana bütün tələbələrə çatdırılan köməkçi vəsaitlərin sayının 190 milyona çatdığını açıqlayıb.
Təhsilmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahmud Özər imtahana hazırlaşan tələbələrə pulsuz verilən köməkçi vəsaitlərlə bağlı fikirlərini bölüşüb. O, köməkçi qaynaqların bütün tələbələrin ehtiyaclarına uyğun olaraq böyük diqqətlə hazırlandığını bildirib. Özər, şagirdlərin imtahana ən yaxşı şəkildə hazırlanmasına böyük əhəmiyyət verdiklərini vurğulayıb.
Zəlzələ bölgəsində, çadırlarda, konteynerlərdə, prefabrik məktəblərdə təhsilə başladıqlarını deyən türkiyəli nazir, tələbələrin imtahanlarda yaxşı nəticə göstərmələri üçün hər cür dəstəyi davam etdirdiklərini diqqətə çatdırıb. Köməkçi resursların paylanmasında təbii fəlakət bölgəsindən olan tələbələrə üstünlük verildiyini deyib.
2022-2023-cü tədris ilinin ilk semestrində bütün səviyyələrdə tələbələrə 160 milyon yardım mənbəyi göndərildiyini qeyd edən Özər, ikinci semestrin əvvəlindən daha 30 milyon resursun pulsuz təqdim edildiyini vurğulayıb. Beləliklə, tədris ilinin əvvəlindən bütün tələbələrə çatdırılan köməkçi resursların sayının 2022-2023-cü tədris ili üçün 190 milyon təşkil etdiyini açıqlayıb.