Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən 44 günlük vətən müharibəsində 20 təhsil işçisi şəhid olub.
Belə ki, Rəşad Məmmədov Gəncə şəhəri M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbdə tarix müəllimi, Rabil İsmayılov Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi, Rəvan Lətifov Oğuz rayonu Ə. Abdulhüseynov adına Sincan kənd tam orta məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, Famil Əhmədzadə İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseydə tarix müəllimi, Qoşqar Ömərov Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, Vüqar Vəliyev Ağdam rayonu 18 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi, Mədət Qəmbərov Ağdam rayonu 69 nömrəli ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, Tural Sarıyev Tovuz rayonu Hacılar kənd tam orta məktəbdə texniki işçi, Vidadi İsrafilov Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbdə riyaziyyat müəllimi, Həsən Məmmədli Samux rayonu Çobanabdallı kənd tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini, Xalid Nəciyev Saatlı rayou Təhsil Şöbəsində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs, Əvdil Quliyev Beyləqan rayonu Təzəkənd kənd Ə.Məmmədov adına tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Elvin İmaməliyev Ağstafa şəhəri 1 nömrəli tam orta məktədə direktor, Kənan Müzəffərli Gədəbəy rayonu Dəyəqarabulaq kənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, Elxan Rzayev Sabirabad rayonu Qaraqaşlı kənd tam orta məktəbdə informatika müəllimi, Vidadi Əhmədov Salyan peşə liseyi Təsərüffat işləri üzrə direktor müavini, Elgün Quliyev Lerik rayonu Sors kənd ümumi orta məktəbdə Tarix müəllimi, Emil Qurbanov Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Ehtiram Hüseynli Lənkəran şəhər S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Tural Rəhimov Cəlilabad rayonu Fərzəli kənd ümumi orta məktəbdə biologiya-kimya müəllimi olaraq fəaliyyət göstərirdilər.
Bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik!