Yeni tədris ilinə qədəm qoyduq və müəllim-valideyn - şagird problemləri özünü göstərməyə başladı. Texnologiya əsrinin ağır tərəfləri özünü təlim-tərbiyə prosesində də göstərir. Belə ki, uşaqlar, valideynlər müəllimin hər bir addımını çəkir və paylaşırlar. Şagirdlər şikayət edir, valideynlər isə elə övladlarının yanında müəllimləri hədələyirlər. Belə olduğu halda şagird müəllimə nə hörmət qoya bilər ki? Şagir tərbiyəsindən danışırıq amma valideynlər müəllimi özünə düşmən kimi qəbul edir. Halbuki müəllim sizin uşağı qoruyacağınız şəxs deyil, əmanət edəcəyiniz şəxsdir. Müəllim sizin övladınızı hər kəsdən qoruyur, qollayır, öyrədir, gələcəyə hazırlayır.
Dəfələrlə bu haqda danışılıb. Hər dəfə əvvəlki vaxtlar heyf deyildimi deyilsə də, heç bir addım atılmamış, valideynlərin müəllimlərə bullinqi getdikcə artmışdır. Ümid edirik artıq buna dair ciddi addımlar atılar.