Tədris ili başlayarkən ən çox rastlaşdığımız hallardan biri də müəllimlərin dərs saatlarının düzgün paylanılmamasıdır.
Belə ki, DQ baləna əsasən verilməli olan saatlar heç də qanuna uyğun şəkildə paylanılmır. İkincisi isə qanunda 18 saat müəllimi təmin etmək varkəm, əvvəlki dəyişilmiş qanunla 12 saat verir, qalan saatları satırlar. Üçüncüsü, Regionallar yaradılanda Maarif ləğv olunsa da, həmin sahədən kimlərinsə müdaxiləsi ilə saatlar ədalətsizcəsinə paylanılır. Dərs bölgüsü aparılarkən bu 3 ədalətsizlik təəssüf ki, hər 10 müəllimdəm 8-nin başına gəlir. Sadəcə çoxu heç kim onu incitməsin deyə susur. Amma bu susqunluq heç də Nazirliyi arxayınlaşdırmasın. Çünki maddi vəziyyət, verilən dəyər, baş verənıər, bitməyən haqsızlıqlar artıq müəllimləri də bir həddə gətirib çıxarmışdır. Öz haqlarını tələb etməyə başlamışlar.
Saatlar 30 manatdan 100 manata kimi satışa çıxarılır. Hələ söhbətə maarif də qatılsa, "tas" daha da artır. Hələ şantajla satılan saatları demirəm. "Səni işdən çıxardaram, sənin başına oyun açaram" adı altında alınan saatlar da eynilə özünü doğruldur. Nazirliyin tam qəti qərarı olmadığı müddətdə, Regionallar, direktorlar bu haram pulları özlərinə götürməyə və müəllimləri incitməyə davam edəcəklər...
Müəllimlərin əziyyətlərini, haqlarını tələb edirik. Müəllimləri əgər bu qədər təlimə, imtahana cəlb etmisinizsə, ciblərindən nə qədər pul xərcləyiblərsə, heç olmasa onların haqlarını özlərinə qaytarın.