Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Çində azərbaycanşünaslıq konfransı elmi əlaqələrin dərinləşmsi üçün bir platforma rolunu oynayıb

Elm və təhsil

13-10-2024, 15:24

Çində azərbaycanşünaslıq konfransı elmi əlaqələrin dərinləşmsi üçün bir platforma rolunu oynayıb


Birinci Çin azərbaycanşünaslıq beynəlxalq konfransına həm Çində, həm də Azərbaycanda maraq böyük olub.

Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev konfransın nəticələri ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Müsahibimiz qeyd edib ki, PXDU Çində azərbaycanşünaslığın təşəkkül tapıb inkişaf etdiyi ilk və yeganə ali təhsil ocağıdır. Təsadüfi deyil ki, 2015-ci ildə Çin Təhsil Nazirliyi məhz bu ali təhsil ocağında Azərbaycan dili ixtisasının təşkil olunması ilə bağlı qərar qəbul edib. Universitet 2018-ci ildə birinci, 2023-cü ildə ikinci dəfə Azərbaycan dili ixtisasına qəbul həyata keçirib. Bundan başqa, Azərbaycan dili kafedrasının yaradılması, lüğət və dərsliklərin tərtib olunması, Azərbaycan mədəniyyətinə dair monoqrafiya və məqalələrin dərc olunması, Çinin nüfuzlu universitetlərində mühazirələrin təşkili, digər tədbir və elmi layihələr Çində azərbaycanşünaslıq elminin başlanğıcı hesab oluna bilər.PXDU-da azərbaycanşünaslıq konfransının keçirilməsinin bu proseslərin məntiqi davamı olduğunu bildirən Aqşin Əliyev bildirib ki, universitet rəhbərliyi Azərbaycan dili ixtisasının inkişafına xüsusi önəm verir, ali təhsil ocağında mütəmadi olaraq azərbaycanşünaslıq konfransının təşkil olunması ən yüksək səviyyədə dəstəklənir. Müsahibimiz konfransın təşkilində Heydər Əliyev Fondunun, Azərbaycanın Çindəki səfirliyinin və Çinin Azərbaycandakı səfirliyinin dəstəyini xüsusi vurğulayıb.

Aqşin Əliyev deyib ki, ilk azərbaycanşünaslıq konfransına həm Çində, həm də Azərbaycanda maraq böyük olub. Konfrans haqqında məlumat elan edilən kimi hər iki tərəfdən alim və gənc təqiqatçıların çoxsaylı müraciətləri daxil olub. Nəticə etibarilə konfransın şərtlərinə cavab verən 44 mütəxəssisin tezisi qəbul olunub. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Xəzər Universiteti, Dillər Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyası, Neftçala rayon Heydər Əliyev Mərkəzi, Xan Akadmiyasının alim və gənc tədqiqatçıları, eləcə də Çin İctimai Elmlər Akademiyası, Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzi, Pekin Xarici Dillər, Pekin Pedaqoji, Şanxay Xarici Dillər, Sıçuan, Ninqsia, Şərqi Çin Pedaqoji, Gonqşan, Hebey Xarici Dillər, Yənşan, Tienşui, Tiencin Pedaqoji və Yünan universitetlərinin, digər ali təhsil və elm ocaqlarının tanınmış çinli alimləri konfransda fəal iştirak edib, Azərbaycanla bağlı son elmi araşdırmalarını təqdim ediblər.

Konfransa xüsusi olaraq Çində təhsil alan azərbaycanlı doktorantlar da cəlb olunublar.Tədbirin ilkin hədəflərinə nail olduğunu deyən A.Əliyev diqqətə çatdırıb: “Birincisi, Çin 3 minə yaxın universitetin fəaliyyət göstərdiyi böyük ölkədir. Bu universitetlərdə minlərlə alim və mütəxəssis çalışır. Onlar arasında Azərbaycanı müxtəlif aspektlərdən tədqiq edən, ən azı buna maraq göstərən çox sayda alim və gənc tədqiqatçı var. Konfrans vasitəsilə biz onların böyük əksəriyyətini bir növ kəşf edib üzə çıxardıq, təmaslar yaratdıq, PXDU-nun və və Azərbaycan dili kafedrasının elmi dəstəyini təklif etdik, yeni əməkdaşlıqların əsasını qoyduq. İkincisi, çinli alimlərin Azərbaycanla bağlı tədqiqat obyektlərinin nədən ibarət olduğunu müəyyən etməyə çalışdıq. Çinli alimlərin təqdim etdikləri əsas mövzular, Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri, “Kəmər və yol” və “Bəşəriyyətin ortaq gələcəyi” təşəbbüsləri çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Azərbaycan dilinin tarixi, tədrisi və islahatlar, mədəniyyətlərarası tarixi əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Azərbaycanın multikulturalizm siyasəti və digər mövzular olub. Təəssüf ki, ehtiyac duyulan sahələr üzrə Çin dilində kifayət qədər araşdırma materialları yoxdur. Çinli mütəxəssislər tərəfindən bu mövzulara üstünlük verilməsi onların aktuallığından xəbər verir. Bu da öz növbəsində PXDU-nun Azərbaycan dili kafedrası olaraq bizim tədqiqatlarımıza yeni bir istiqamət və stimul verir. Üçüncüsü, çox sayda Azərbaycan və Çin aliminin bir tədbir çərçivəsində görüşməsi nadir hadisədir. Konfrans yeni təmasların yaranması, yeni əməkdaşlıqların formalaşması və elmi əlaqələrin dərinləşmsi üçün bir platforma rolunu oynadı. İnanırıq ki, konfrans elmi əlaqələr üçün daha geniş üfüqlər açacaq. Konfrans eyni zamanda Çində azərbaycanşünaslıq elminin müstəqil bir istiqamət kimi formalaşması yönündə böyük bir təməl rolunu oynadı.Aqşin Əliyev onu da vurğulayıb ki, Çin Təhsil Nazirliyi tərəfindən 1-ci Çin azərbaycanşünaslıq konfransına beynəlxalq status verilib. Nəzərə alsaq ki, konfrans Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulması haqqında bəyannamənin imzalandığı ilə təsadüf edir, bu, onun əhəmiyyətini daha da artırır və Çin cəmiyyəti üçün cəlbedici edir.

Digər maraqlı məqam ondan ibarətdir ki, bu elmi konfransda sinxron və ardıcıl tərcüməni həyata keçirən iki gənc tərcüməçi 2022-ci ildə PXDU-nu Azərbaycan dili ixtisasını bitirmiş məzunlardır. Hazırda onlar Azərbaycan dili kafedrasının əməkdaşlarıdır.

Oxunub: 200
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

19-05-2023, 15:29

Tbilisi Dövlət Universitetində Azərbaycanşünaslıq ixtisası bərpa ediləcək

Elm və təhsil

4-10-2024, 13:54

Azərbaycanlı tələbələr Çində təhsil alırlar

Ali təhsil

12-06-2023, 14:19

BDU-da orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərinin dil-üslub problemləri araşdırılıb

Ali təhsil

16-11-2023, 15:52

ADPU-da orta məktəblərdə ingilis dilinin tədrisi üzrə milli strategiyanın yaradılması ilə bağlı görüş keçirilib

Ali təhsil

18-08-2023, 19:43

BDU-nun Filologiya fakültəsini seçmək istəyən abituriyentlərin NƏZƏRİNƏ

Araşdırma
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Elm və Təhsil
Dün, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Dün, 15:36
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
Dün, 13:11
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
15-07-2025, 11:50
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
Hadisə
Dün, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Son xəbərlər
  • Dün, 15:39
    Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
  • Dün, 15:36
    Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
  • Dün, 13:11
    Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
  • 15-07-2025, 23:45
    Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
  • 15-07-2025, 14:43
    Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
  • 15-07-2025, 11:50
    “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
  • 15-07-2025, 11:47
    İyulun 15-i Ümumdünya Gənclərin Bacarıqları Günüdür
  • 15-07-2025, 11:47
    Təhsil sistemində zəif halqa: Kolleclərdə müəllim hazırlığı
  • 15-07-2025, 11:43
    Kodlaşdırmada qəbul imtahanının balı necə seçilir? - DİM
  • 15-07-2025, 11:42
    BMU-da koreyalı müəllimlərlə görüş keçirildi - FOTO
  • 15-07-2025, 11:42
    Tələbələrin köçürülməsi prosesi BAŞLADI
  • 15-07-2025, 11:39
    Abituriyentlərin nəzərinə: Bu ixtisas qrupunda ballar ARTA BİLƏR
  • 14-07-2025, 22:21
    NDU - da qalmaqal. Dekan bizə cinsi əlaqə təklif edir...
  • 14-07-2025, 14:40
    Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
  • 13-07-2025, 15:20
    Qabiliyyət imtahanı üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
  • 13-07-2025, 15:19
    DİM: İmtahanda 5 nəfərdə mobil telefon aşkarlanıb
  • 13-07-2025, 10:59
    Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
  • 13-07-2025, 10:57
    Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
  • 13-07-2025, 10:55
    34 mindən çox abituriyent üçün İKİNCİ CƏHD
  • 13-07-2025, 01:10
    AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
  • 12-07-2025, 14:11
    Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb
  • 12-07-2025, 14:10
    Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb
  • 12-07-2025, 14:09
    Taksi sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçiriləcək
  • 12-07-2025, 14:00
    Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
  • 11-07-2025, 16:17
    MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı
  • 11-07-2025, 16:00
    Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
  • 11-07-2025, 16:00
    DİM-də GRE General Test imtahanı keçirilib
  • 11-07-2025, 15:59
    Azərbaycan Universitetində yaz imtahan sessiyası başa çatıb
  • 11-07-2025, 15:58
    Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
  • 10-07-2025, 12:30
    Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
  • 10-07-2025, 12:29
    I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • 10-07-2025, 12:28
    7318 müəllim İŞDƏN ÇIXARILDI
  • 10-07-2025, 12:27
    Sertifikasiyadan riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə OLUB
  • 10-07-2025, 12:27
    Riyaziyyatdan zəif nəticə göstərənlər bu universitetin MƏZUNLARIDIR
  • 10-07-2025, 12:26
    Sertifikasiyada 3 sual iştirakçıların lehinə çıxarılıb- Nazir səbəbini AÇIQLAYIB
Daha çox
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
12-07-2025, 14:00
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
13-07-2025, 01:10
AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
11-07-2025, 15:58
Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
10-07-2025, 12:22
Məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub
Dün, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə