Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun
maliyyə dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən
“International Sustainable Youth Outreach Program (ISYOP)” adlı layihəyə start verilib.
Tədbiri giriş sözləri ilə açan “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri Əli Tağıyev sözügedən layihənin məqsəd, hədəf və fəaliyyətləri haqqında iştirakçılara məlumat verib, layihənin gənclərin iqlim dəyişikliyi, ekoloji davamlılıq, COP29 tədbiri və dayanıqlı inkişaf mövzularında bilik və bacarıqlarının artırılmasında önəmli rol oynayacağını vurğulayıb. Açılış tədbiri “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin layihə meneceri Seyran Əliyevanın layihənin növbəti fəaliyyətləri haqqında çıxışı ilə davam edib. 3 gün davam edəcək proqram azərbaycanlı və beynəlxalq gənclərin iqlim dəyişiklikləri və ekoloji davamlılıq haqqında məlumatlılığını artırmaq, karbon ayaq izlərini azaltmaq üzrə maarifləndirmək, şəxsi və peşəkar inkişafa dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində gənclər yerli və beynəlxalq mütəxəssislər tərəfindən COP29 konfransı, iqlim dəyişikliyi, karbon ayaq izi və istixana qazı emissiyalarının azaldılması, habelə onların ətraf mühitə təsiri haqqında məlumatlandırılmaqla yanaşı nəzəri-praktiki bacarıqlar və təcrübə qazanacaqlar. Layihə çərçivəsində 8 ölkədən 30 gənc 3 günlük təlim proqramında iştirak etmək şansı əldə edib.