“Maliyyə olmadan universitetlərin inkişafını təmin etmək olmaz”.
Bu fikri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor bildirib ki, bu gün ali məktəblərin 90%-ə yaxın gəlir mənbəyi təhsil haqları hesabınadır:
“Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi metodiki işlərin fəaliyyətilə bağlı yeni qaydalar artıq Elm və Təhsil Nazirliyinin kollegiyasında təsdiq edilib.
Qaydada qeyd olunub ki, başqa gəlirlər də ola bilər. Belə ki, ali məktəblərin sahibkarlıq fəaliyyətlərinə icazə verilir. Yəni universitetlər artıq, eyni zamanda sahibkarlıq, elmi tədqiqat işlərinin nəticələrinə görə gəlir əldə edə bilərlər.
Hazırda ali məktəblərin qarşısında yeni çağrışlar durur. Ali məktəblər də elmi tədqiqatları pula çevirə bilməlidir. Yəni apardığı tədqiqatların nəticələri ictimaiyyət tərəfindən də qəbul edilməlidir”.
Z.Məmmədov hazırda elmi yalnız təhsil haqları ilə inkişaf haqları etdirmək əlbəttə mümkünsüzdür:
“Buna görə də alternativ olaraq gəlir mənbələri tapmaq lazımdır. Əvvəllər təsərrüfat işləri ilə bağlı prorektorlar var idi. İndi isə iqtisadi məsələlər üçün prorektorlar var.Hesab edirəm ki, universitetlərin sahibkarlıq fəaliyyətlərinə çevirmək üçün xüsusi addımlar atmaq lazımdır. 60-cı illərdə aparılan elmi tədqiqatlar o qədər də gəlir gətirmirdi. Amma sonradan ali məktəblərlə bir yerdə əlaqələrin genişləndirilməsi, yeni-yeni əlaqələrin qurulması, universitetlərin inkişafına böyük dəstək olmağa başladı.
Əlbəttə maliyyə olmadan universitetlərin inkişafını təmin etmək olmaz. Maliyyəni də təmin etmək üçün aparılan elmi tədqiqatların nəticələri satılmalıdır”.