Elm və Təhsil Naziri Emin Əmrullayevdən yeni təyinat!
Elçin Kərimov Mərkəzi Aran Regional Təhsil İdarəsindən çıxıb Gəncə Təhsil İdarəsinə keçid edərək vəzifəsini orada davam etdirəcək. Mil-Muğan Təhsil İdarəsinin müdiri Rəşad Musayev isə Mərkəzi Aran Regional Təhsil İdarəsində vəzifəsini davam etdirəcək.
Regional Təhsil İdarələrindən kifayət qədər narazılıq, şikayət olduğu halda Emin Əmrullayevin yenə eyni siyasəti davam etdirməsi həqiqətən olduqda mənfi haldır. Belə ki, Elçin Kərimov haqqında kifayət qədər şikayət vardır. Korrupsiya araşdırmalarında kifayət qədər adı çəkilmişdir. İndi hansı səbəbdən belə bir addım atması həqiqətən xoşagəlməz və ədalətsiz bir haldır.
Mustafayev Rəvan Aydın oğlu tərəfindən paylaşılan şikayətlər də yaddan çıxmamalıdır. Təəssüf ki, görünən budur ki, eyni siyasət bundan sonra Gəncə təhsildə həyata keçiriləcək. Hələ də Gəncədə həddən artıq dərəcə bullinq, mobbinq, bıçaqlanma, ədalətsizlik kimi halların baş alıb getdiyini nəzərə alsaq bu uğursuz təyinat işləri daha da çətinləşdirəcəkdir.