İmtahanda iştirak üçün 34 namizəd qeydiyyatdan keçib.
3 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək.
İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.
İmtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50.
İmtahana qeydiyyat 2024-cü il 6 sentyabr – 28 oktyabr tarixlərində aparılıb və bu müddət ərzində 34 namizəd müraciət edib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.