Agentliyə yeni şöbə müdiri təyin olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Hacıyev Arslan Alik oğlu Agentliyin Ümumi təhsilin təşkili şöbəsinə müdir təyin edilib.
Qeyd edək ki, Arslan Hacıyev 2022-ci ildən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.