“Bu idarənin qapısı sizin üçün açıqdır”.
“Qafqazinfo” ya istinadla xəbər veririk ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə DİM və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüşdə deyib.
O bildirib ki, 2025-2026-ci tədris ilində 46 şəhid övladı məzun olacaq: “Biz şəhid övladları ilə fəxr edirik. İnanırıq ki, yaxşı nəticələriniz olacaq. Göstərəcəyimiz köməkliklər daimi olacaq, həm dəstək həm qayğı göstərəcəyik”.
***
YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov əlavə edib ki, Çin artıq uçan avtomobil kəşf edir:
“Dünya süni intellektin üzərində qurulub. Bütün gəncliyin qarşısında yeniliklər var və bunları siz etməlisiniz. Biz bu gün tarixin müasirləriyik. 200 ildən sonra bizim tariximizi öyrənəcəklər. Bütün təşkilatların qapıları sizlərə açıqdır. Yalnız öyrənməlisiniz. Bu xalqın sizin biliyinizə ehtiyacı var. Qarşıdan gələn Zəfər bayramınızı təbrik edirəm. Zəfərimiz daim olsun. Biz qəhrəman şəhidlərimizin hesabına ora getmişik”.