“Əsrimiz texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. ... inkişaf etmiş hansı ölkənin tarixinə baxsaq, görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir”.
İLHAM ƏLİYEV
ÇIN MƏKTƏBLƏRINDƏ NEYRON ŞƏBƏKƏ UŞAQLARI LÖVHƏYƏ - DƏRS DANIŞMAĞA ÇAĞIRIR
Çində uşaqları lövhəyə çağırmaq üçün süni intellekt texnologiyalarından istifadə edilməyə başlanıb. Neyroşəbəkə dərsə pis hazırlaşan şagirdləri müəyyən edə bilir. Bunun üçün sinif otaqlarında sifətin tanınması ilə təchiz olunmuş videokameralar quraşdırılıb. Bundan əlavə, onlar insanın üz ifadələri və emosiyalarını təhlil edirlər.
Ev tapşırıqlarını yoxlamaq üçün neyron şəbəkələrdən də istifadə olunur. Müəllim səhvləri müəyyən etmək və nəticəni bir neçə saniyə ərzində əldə etmək üçün sadəcə olaraq smartfonu qeydlər vərəqinə yönəltməlidir.
İlham ƏHMƏDOV