Universitetlər gələcək nəslin iqlim fəaliyyətinə münasibətini, yanaşmasını dəyişdirməkdə və təhsil müəssisələrini ruhlandırmaqda həlledici rol oynayır.
Bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü panel müzakirəsində Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu bildirib.
“Biz təkcə gənc nəsli öyrətmək üçün deyil, həm də onları ruhlandırmaq, iqlim dəyişikliyi, ekoloji problemlərin fəal tərəfdarları, müdafiəçiləri olmaq, onlara güc vermək üçün buradayıq. Ona görə də ali təhsil müəssisələri olaraq nə edə biləcəyimizi sadalamağa çalışacağam. Çox vacib olan ilk şey anlayış yaratmaqdır. Biz davamlılıq savadlılığına həqiqətən böyük əhəmiyyət veririk. Bu, təkcə tələbələrimiz üçün deyil. Biz kampusdan kənara da çıxırıq, ictimaiyyəti maarifləndirməyə çalışırıq“, - deyə Esra Hatipoğlu əlavə edib.