ETN-TKTA-MÜTDA - ARTİ münasibətləri haqqında keçən dəfə də yazı paylaşmışdıq. Layihələr, yarışlar, təlimlər, olimpiyadalar adı altında yeyintilər olduğu açıq aşkar ortadadır. Bu bir sistem kimi qurulub və bütün qurumların maddi ehtiyaclarını ödəyir. Amma bu maddi ehtiyaclar heç də məsum deyil. Ancaq yüklü gəlir əldə etmək üçün ortada maliyyə dövr edir. Hansı ki, dərinliyinə getdikdə bütün təhsil problemlərini yerinə yetirən ARTİ olduğu halda, yeniliyi gətirən, təlimləri keçirən, layihələri, olimpiadaları keçirən ARTİ olduğu halda, təhsil sistemindəki dəyişiklikləri, təkmilləşmələri gətirən ARTİ olduğu halda, ümumi yeniliklərdən, dəyişikliklərdən məlumat alarkən ARTİ tək olduğu halda necə ola bilər ki, maliyyə bölüşməsinə gəldikdə bütün pul dövr edir və hər kəs bundan öz gəlirini götürür.
Tutalım kurikulumdakı yenilikləri araşdıran, gətirən, yazan ARTİ olduğu halda, necə ola bilər ki, TKTA yoxlayır, dəyərləndirir, qiymətləndirmə cədvəli verir və ARTİ ona uyğun bir təlim keçir. Bu axı mümkünsüzdür. Amma Azərbaycanda elə deyil. Ya da TKTA öhdəliyini bəzən MÜTDA yerinə yetirir. Əgər bir-birini əvəz edə bilərlərsə, onda bu 2 agentlik niyə var?
Məsələn, məktəblərlə əlaqə saxlayırıq. ARTİ dərs dinləmə edir, MİP davam edir, TKTA - da dərs dinləmə keçirir. Niyə???
TKTA məgər bu yenilikləri hardan bilir? Bunu ARTİ gətirib və TKTA-ya təlim də keçməyib. Heç keçsə belə gətirən, təlimi keçən özü qiymətləndirməli deyilmi ki?
Ya da n saylı bir məktəbdə ARTİ qiymətləndirmə təlimi keçir. Nə keçib, nələr deyib öz yerində, başqa məktəblə əlaqə saxlayırıq deyir gəldilər Qiymətləndirmə haqqında yalandan nələrsə dedilər, yola verdilər getdilər. Bunu ARTİ edirsə, TKTA niyə yenidən edir? İndi deyəcəksiniz biri başqa cəhətdən yanışır, digəri başqa?! Xeyr. Bütün materiallar eynidir, ARTİ-dən daha zəifdir. Zatən əksərən də keçmirlər, yarım qoyurlar. Bu məntiqsizliyin səbəbi nədir?!
Ya da götürək MÜTDA-nı. ARTİ bu yeniliyi gətirdi, təlim keçdi. Bəs MÜTDA?! O da pul götürmək, "cibi" ni daha da doldurmaq istəyir. TKTA-nın vəzifəsini üstəgəl ARTİ-nin vəzifəsini bu dəfə MÜTDA boynuna götürür və TKTA dəyərləndirməsinə əsasən məktəblərdə Təlim keçir.
Yəni, yoldaşlar, təlim deyib keçməyin. Təlim sayəsində 3 qurum maddi tələbatını ödəyib maksimum gəlir əldə edirlər. Onun-bunun adına yazılan təlimlər, yola verilən təlimlər, adı olub özü olmayan təlimlər, iştirak etməsə də, iştirak etmiş kimi görünən təlimlər-hamısı bu 3 qurumun və onların sayəsində ETN-nin cibinin olmasına xidmət edir. "Önəmli oıan təhsil deyil, önəmli olan cibimiz dolu olsun", "hardan başqa necə pul götürə bilərik?!" - sistemi ilə idarə olunan ETN bu agentlikləri yaradaraq əslində mədəni rüşvətxorluğun əsasını da qoydular. Öz-özünə maliyyələnmə agentliklərin daha da qol-qanad açmasına və daha çox gəlir əldə etmək, daha çox pul götürmək üçün hər cür saxtakarlığa girməsinə səbəb oldu.
İndi, sizcə, bu qurumların arasında hım rəqabət, həm də məqsədli dostluq əsasında qurulmuş yeyintilər yoxmu?!
Youtube kanalımızdan izləyə bilərsiniz :