COP 29 - un Azərbaycanda keçirilməsi bizim üçün qürurvericidir. Qitələri, materikləri əhatə edən ölkələr içərisində ağlın, gücün, əzmin zəfəri hər bir azərbaycanlının qanında fəxarət hissi doğurur. Amma təhsilə yanaşan tərəfdə bu hissləri bölüşə bilmirik, təəssüf ki.
COP 29 da Təhsilimizin həqiqi üzü göstərilirmi? Təbii ki, XEYR!
Hər şeyi gizlədirlər. Ancaq yalanlar söyləyirlər. Çünki etdikləri biabrçılıqları bilirlər.
Digər ölkələrlə müqayisədə Azərbaycan təhsilini saxta briliantlara bükməklə təqdim edirlər. Reallığı gizlədib yalanları ortaya qoyurlar. Digər ölkələrə yalanlar söyləyirlər.
Hər il təhsilə kifayət qədər büdcə ayrılmasına baxmayaraq gözü doymayan rüşvətxor qurum sahibləri həmin pulları ələ keçirmək üçün dövrün yeniliklərindən ustalıqla istifadə edirlər. Beləliklə, mədəni soyğunçuluq planlarını rahatlıqla həyata keçirə bilirlər.
"Dünya təhsil sisteminə inteqrasiya edilməsi" başlığı altında təhsilin məhvinə imza atırlar. Hansı ki, o ölkələrdəki maddi-texniki baza, mentalitet, məvacib eyni olmadığı halda, yeyinti planları boş qalmasın deyə qurumlar əlbir olub layihə, olimpiyada, yarış, müsabiqə, yenilik, təkmilləşmə və s. adı altında pulları mənimsəməyə başlayıblar.
İyerarxiya şəklində yuxarıdan aşağıya hamıya rüşvət-əlavə gəlir çatacaq qədər və gözləri doymayacaq qədər pul ələ keçirmək üçün dayanmadan yenilik gətirirlər. Bir yeniliyi gətirib heç bir uğur, nəticə, keyfiyyət yaratmadan yarım halda qoyub yenisini gətirir və daha çox daha çox pul əldə etməyə çalışırlar.
ETN başda olmaqla, regionallar, direktorlar, o cümlədən digər qurumlar ard-arda həmin planları həyata keçirirlər. Yenə də kasıb təbəqə-müəllim və valideynlərin pulu ortada paylaşılır.
Görünən odur ki, dağıntı halında olan məktəblər, internet üzü görməyən kəndlər, maddi-texniki bazası olmayan siniflər, yağış, qar altında, toz-duman içində olan siniflər, yararsız təlim-tərbiyə ocaqları kənarda qalıb liseyləri, məşhur bir neçə məktəbi reklam etməklə nəsə əldə etməyə çalışırlar.
Uğursuz, sadəcə daha çox gəlir əldə etməyə çalışdıları, amma tənqidi yanaşdıqda heç bir nəticə, uğur əldə edilməyən yarış, olimpiyada, layihələri reklam etməklə nəsə əldə etməyə çalışırlar.
Yola verdikləri və heç bir əhəmiyyət daşımayan təlimləri reklam etməklə, ancaq sənəd yazıb, şəkil çəkdirməyə xidmət edən təlimlərlə nəsə əldə etməyə çalışırlar.
Bəs, sizcə, artıq aysberqin görünməyən tərəflərindən danışmağın vaxtı gəlmədimi?