Mən Cəfərova Aynur Şakir qızı Lənkəran rayonu M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində 23 ildi ki, Biologiya müəllimi kimi işləyirəm. Bu 23 ildə bir sıra hadisələrin, qanun pozğunluqlarının şahidi olmuşam və bizim "odda yanmaz suda batmaz" direktorumuz Y.Fərzullayeva bütün bu qanunsuzluqlardan "üzü ağ" çıxmışdır.
Belə bir hadisələrdən biridə 04.10.2024 cü ildə baş vermiş , çox təəssüflər olsun ki, çox saylı şikayətlərə baxmayaraq öz ədalətli həll yolunu tapmadığı üçün məni burada paylaşmağa vadar etdi. Məlum hadisə 04.10.2024 cü il rəhbərlik etdiyim 5 b sinfində baş vermişdir. Hansı ki övladım Cəfərli Mətin də burada təhsil alır. Həmin tarixdə 5b sinfinin Azərbaycan dili müəllimi hansısa səbəbdən işə çıxmamışdır. Direktor onun yerinə məktəbdə texniki işçi olan Nübar Şükürovanı həmin sinifə salmışdır. Sonra oğlum onu müəllimə kimi tanımadığı üçün sual vermişdir:
-Siz müəllimsiz yoxsa xadimə?
Elə bu sualdan sonra sinifdə fırtına qopmuşdur. Pedaqogika və metodikadan xəbəri olmayan Nübar Şükürova 5 ci sinif uşağı səhv edə bilməz, sən evdən öyrədilib göndərilmisən. Uşağa təzyiq göstərmiş onu nalayiq sözlərlə təhqir etmiş, hətta valideynlərini də təhqir etmişdir. Bununla ürəyi soyumayan Nübar direktoru çağırmış ikisi birləşərək sən evdən öyrədilmisən tez ol de yenidən uşağa direktor tərəfindən təzyiq göstərilib və onu üzr istəməyə məcbur etmişdir.
Qarşısındakı "Nübar"da uşağın üzürünü qəbul etməmişdir. Bütün bunlar 22 şagirdin gözü qabağında olmuşdur.
Mən bir valideyn bir sinif rəhbəri kimi sinifə daxil olanda uşağı pis vəziyyətdə hıçqıraraq, ağlamaqdan gözləri şişmiş, qorxudan əsə-əsə oturmuş vəziyyətdə gördüm. 30 ilin direktoru hərçənd o özüdə pedaqogika və metodikadan xəbəri olmayan, özünü qəssab kimi aparan Y.Fərzullayevanın məktəbində məlum hadisə ilə bağlı Uşaq birliyinin , Məktəb psixoloqunun ,sinif rəhbərinin iştirakı ilə şagirdlə fərdi söhbət aparmalı olduğunu Yaxşıxanım Fərzullayeva özü bilmirmi???
Heç bir qanuna məhəl qoymadan məktəbi öz şəxsi qanunları ilə idarə edən, dövlət müəssəsinə öz dədə baba mülki kimi baxan Y.Fərzullayevadan şagirdlər nə örnək götürəcək???
Faciə orasındadır ki, bu hadisə ilə bağlı LARTİ-yə, hüquq-mühafizə orqanlarına şikayət edilmiş, LARTİ öz "dırnaqarası" yoxlamasını göndərmiş və yoxlamalar şikayətçini yəni məni aldatmışdır. Mənə narahat olmayın tədbir görüldü, amma bu günə qədər bu məsələyə heç bir hüquqi qiymət verilməmişdir.
Mən bu hadisəni ictimailəşdirmək qərarına gəldim.Y.Fərzullayevin bir çox iyrənc əməllərinə göz yumulur.
Axı bu direktor
1)siniflərə girib müəllimlər günü MƏNƏ HƏDİYYƏ YOX,PUL GƏTİRİN deyən direktordan gələcək nəsil nə örnək götürəcək???
2)50 m pula görə 6a sinifinə özü rəhbərlik edərək,yoxlama gəlməsini eşidəndə tez tövşüyə-tövşüyə yuxarı 6 a sinifinə girərək SİZDƏN SORUŞSALAR RƏHBƏRİNİZ KİMDİ MƏNİM ADIMI ÇƏKMƏYİN demişdir. Bu qədər yalan danışan direktordan gələcək nəsil nə örnək götürəcək ki???
11 ci siniflərin heysiyyatı ilə oynayan (onlara sən zəngi çalarsan,sən aparıcı olarsan axırda kim pul çox verir ona verir saydıqlarımı) direktordan gələcək nəsil nə örnək götürəcəkki???
Yazdıqlarım hələ baş verənlərin bir hissəsidir...
LARTİ və aidiyyatı qurumlar səsimə səs verməsə, silsilə yazılarım davam edəcək...