Havaların soyuması ilə bərabər hər il olduğu kimi yenə də məktəblərimizdə vəziyyət olduqca acınacaqlı hal almağa başlayıb.
Soyuqlar, sinif otaqlarının buz kimi olması həm dərsin səmərəli qurulmasına və keyfiyyətinə təsir edir, həm də şagirdlərin davamlı xəstələnməsi, dərsdən qalması və valideynlərin dərmanlara xeyli pul tökməsinə səbəb olur.
Belə hallar tək Bərdədə deyil, bir çox yerlərdə olur. Hətta əksəriyyət məktəblərimiz bu cəhətdən acınacaqlı haldadır.
Təəssüflər olsun, ETN boş-boş layihə, olimpiyada, yarışlara, təlimlərə ayırdığı pulu daha ciddi məsələlərə-məhz belə məslələrə xərcləmir!
Ətraflı süjetdə izləyə bilərsiniz :