Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər.
BMU-dan verilən məlumata əsasən, Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb.
BMU tələbələri (Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov) universitetin professoru Namiq Şıxaliyevin rəhbərliyilə Azərbaycanı bu olimpiadada yeganə təmsil edən komandadır.