Bu gün hər bir şəxsin bilməsi vacib olan ilkin tibbi yardım bacarıqlarının orta məktəblərdə öyrədilməməsi ciddi bir problemdir. Bu vəziyyət, gözlənilməz fövqəladə hallarda həm öz həyatımızı, həm də yardıma ehtiyacı olan şəxslərin həyatını təhlükə altında qoya bilər.
Gələcək illərdə ilkin tibbi yardım üzrə əsas biliklərin məktəblərdə şagirdlərə öyrədilməsi mümkündürmü? Bu biliklərin daha effektiv şəkildə ötürülməsi barədə nə düşünmək olar?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, məktəblər ixtisaslaşmış həkimləri cəlb edərək şagirdlərlə görüşlər və təlimlər təşkil edə bilərlər:
“Məktəblərin missiyası yalnız təhsil verməkdən ibarət olmamalıdır. Həmçinin, şagirdlərə həyat bacarıqları öyrətmək də məktəblərin vacib vəzifəsidir. Bu istiqamətdə məktəblərdə maarifləndirici tədbirlərin təşkili və xüsusilə biologiya fənnində bu biliklərin ötürülməsi əhəmiyyətlidir”.
Ekspert onu da qeyd edib ki, tibbi biliklərin məktəblərdə peşəkar şəkildə öyrədilməsi müəllimlər üçün çətinlik yarada bilər
“Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün ilkin tibbi yardım mövzusunda mütəmadi təlimlər keçirilir. Müəllimlər də ilkin tibbi yardım zamanı tələb olunan vərdişləri şagirdlərə aşılamağa çalışmalıdırlar.
Məktəblərin, ixtisaslaşmış həkimləri dəvət edilərək şagirdlərlə görüşlər və təlimlər təşkil edilməsi daha effektiv olar. Həmçinin, şagirdlərin yaş xüsusiyyətlərinə görə həyat bacarıqlarına böyük maraq göstərdiklərini nəzərə alaraq, bu biliklərin peşəkarlar tərəfindən öyrədilməsi daha müsbət nəticələr verə bilər