Naxçıvanda Elxan Nəcəfovun şəxsi-qərəzliyi ilə işdən atdırdığı Səriyyə Qənbərova tərəfindən yeyinti ile bağlı şikayət əsasında məhkəmə keçirilib və
Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib. Ötən gün məhkəmə keçirilmişdir. Hakim Elnur Huseynov
Prakaturanın baş köməkçisinə
danışmaq hüququ verməyib.
Çünki ali orqana cavabdeh olduğu halda etibarnaməsiz gəlmişdir. Hakim birinci köməkçi Elməddin Bağırovu məhkəmə zalından çıxarıb və tənbeh edib ki, bele məsuliyyətsiz davranmaq olmaz!
Xatırladaq ki, Naxçıvanda Elxan Nəcəfovun haqsız siyasəti nəticəsində dərs saatlarının yarıya enməsinə dair 300 müəllim etiraz aksiyası keçirmişdi. Elxan Nəcəfov isə hədə-qorxu gəlməklə aksiyanı dayandırmış və sentyabrdan işləri qaydaya salacağına söz vermişdi. Amma yenə də öz işini görməyə açıq-aşkar davam etmişdi. Aksiyanın qurbanı isə 300 müəllimi qurtaran Səriyyə Qənbərova oldu. Təsəvvür edin, 300 nəfərin taleyini həll etdi amma bir müəllim belə Səriyyə xanımın arxasında durmadı.
Görünür ki, intiqam almaq üçün öz vəzifəsindən sui-istifadə edən Elxan Nəcəfov sentybardan öz işini görməyə başladı.
Belə ki, Səriyyə Qəmbərova dərs saatının azalması ilə bağlı etiraz etdiyinə görə oyuna qurban getmiş, hətta 1 saylı orta məktəbin direktoru Asudə xanım tərəfindən döyülmüşdür. Asudə xanım görənləri işdən çıxaracağı ilə hədələmiş soruşan olsa, əksinə o məni döydü deyərsiniz deyə tapşırıb. Amma keçməyən yara izləri polis tərəfindən qeydə alındığından açıq- aşkar sübuta çatmışdır. Buna baxmayaraq, Səriyyə müəllimin dərs saatını 30 saatdan 6 saata salmışdılar. 16 sentyabr ərizə yazıb şikayət etsə də, 18 sentyabr döyüb sonra da işə gəlmir adı ilə işdən qanunsuz çıxarmışdılar. Hansl ki 30 gün gəlməzsə bunu edə bilərdilər. Hələ də müəllimi döyüb səhəri gün dərsə gəlmələrini gözləyə bilməzlər. Üstəlik yalandan əmr hazırlayıblar ki, guya müəllimə 26 saat + sinif rəhbərliyi verilibmiş. Müəllimin üzünə durmaq üçün yalançı şahidlər tutub hər müəllim şahidə də 2 saat artıq dərs veriblər.
İndi etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün işdən azad edilən Səriyyə xanım Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.
Keçən videoda bəhs etdiyimiz Elxan Nəcəfovun müəllimlərdən hər ay 90 manat rüşvət olaraq aldığı pulların çeklərini prokurorluğa verib şikayət etsələr də, prokuror Elxan Nəcəfovdan rüşvət alaraq şikayəti əsassız saymışdır.
Hansı ki, Etik davranış qaydasını kobud şəkildə pozan Elxan Nəcəfov heç bir cəza almamışdır. Üstəlik, mənim hər yerdə arxam var, heç nə edə bilməzsiniz deyə açıq-aşkar bildirir. Eynilə, hüquq-mühafizə orqanlarında çox adamım var. Mənə heç kiçin gücü çatmaz deyə də bildirilmişdir. Ümid edirik ki, ədalət yerini tapar. Müəllimləri bu qədər oyuncaq sayıb, şəxsiyyətini alçaltmaq, əməyinə mane olmaq bağışlanılmazdır.