Günümüzün əsaslı problemlərindən biri şagirdlərin həddindən artıq yüklənmələridir. Şagirdlərin qiymətləndirilməsi, monitorinqi, yarışlar, yoxlamlar, müsabiqələr, layihələr-davamlı və bitmək bilməyən bu hal şagirdlərin, müəllimlərin, valideynlərin şikayətlərinin çoxalmasına gətirib çıxarır. Davamlı yarış içində olan şagirdlərdə həm rəqabət, həm stress halı, həm də apsixoloji pozuntular yaranır. Rəqabət həm şagirdlər, həm valideynlər, həm də müəllimlər arasında ciddi problemlər yaradır. Üstəlik stress halında davamlı qalan şagirdlər getdikcə daha da aqressivləşirlər. Üstəlik bu hal daha çox anlaşmazlıqlar və bullinqin yaranmasına səbəb olur. Dərs yükü o qədər çoxdur ki, uşaqlarda heç bir şəxsi həyat, asudə vaxt, şəxsi inkişaf, ailəvi dəyərlərə ayıracaq bir zaman yoxdur. Üstəlik sadəcə güclü, istedadlı şagirdlərə yönəlmiş bu sistem açıq-aşkar ayrı-seçkiliyin, etik davranış qaydalarına görə Qərəzlilik prinsipini tamamilə pozur.
Nə qədər dinləyib anlama, oxuyub anlama bacarıqlarının inkişafından bıhs etsələr də, bütün sistem testlər üzərində qurulub. Burda da Nazirliyin Şagird qiymətləndirilməsinə dair apardığı lazımsız tədbirlər və AYRILAN PULLAR tamamilə YEYİNTİ xarakteri daşıyır. Sistem özü şagird qiymətləndirilməsini tam təmin edərkən bu qədər lazımsız və bu qədər çox qiymətləndirməyə xidmət edəcək sınaq, imtahan, yarış, olimipyada, layihə, müsabiqə keçirilməməlidir. Artıq valideynlər də bu haldan olduqca şikayət edirlər. Bütün bunlara zorlanan müəllimlər isə aciz vəziyyətdə qalıblar.
Təəssüf ki, heç kim dur demir. Artıq bu tədbirlər PİK HƏDDƏ çatıb. Dərhal tədbirlər görülməli, aidiyyatı qurumlar pul silmək, yeyinti yaratmaq üçün şagirdlərdən istifadə edilməsinə icazə verməməlidir.