27 oktyabr və 3 noyabrda keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:
- 3 noyabr 2024-cü il tarixində dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;
- 27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvəlcə info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.