Ölkə olaraq təhsil sahəsində uzun bir yol qət etmişik. Çox gözəl uğurlarımız var. Metodika sahəsində olduqca uğurlu strategiyalar, təcrübələr, metodistlərimizin müxtəlif texnika, üsulları vardır. Bir çox kitablar yazılmış və tarixə imza atılmışdır. Amma birdən birə Kurikuluma keçid etməklə əvvəlki metodikanı heçə saydılar. Sonra Kurikulum üzərindən yeni "Mütəxəsisslər" topladılar. Hansı ki, həmin mütəxəsisslər metodika haqqında bir kəlmə belə deməyi bacarmayan, bu sahə üzrə heç bir savadı olmayan şəxslərdir. Bu zaman heç bir savada, biliyə ehtiyac duymadan yeni sistemi mənimsətməyə çalışdılar.
Halbuki bünövrəsi olmayan bir tikili məhvə məhkumdur. Heç vaxt da uğur qazana bilməyəcəklər. Ölkənin ümumi vəziyyəti, illərin əziyyəti, təhsilin keyfiyyəti tam mənimsənilməmiş, harmanlanmamış birbaşa yeni sistemə keçmək uğursuz addımdır. Məsələ burasındadır ki, Metodikadan anlayışı olmayan bu "Mütəxəssislər" əvvəlki sistemdə də var olan, istifadə olunan metod, priyom və strategiyalardan tam xəbərsizdirlər. Əvvəlki bəzi metodistlərin hazırladığı qiymətləndirmə sistemini bilmirlər. Biz bunu dəfələrlə ARTİ-nin şöbə müdirləri ilə danışıq zamanı da görmüşük. Amma təəccüblənmirik, çünki ARTİ-dəki hansı şöbə müdiri və ya əməkdaşı metodika oxuyublar? Hansı metodika bitirib? Hamısı sonradan qarışıqlıq zamanı kurikulumdan çıxış edib pul qazanıb müğənni kimi məşhur olub, yarsı pul, yarsı "dayday", yarsı da yaltaqlıqla vəzifəyə gələn şəxslərdir.
Bu gün belə illərin təcrübəsinə, yazılan kitablara əsaslanıb iki sual verilsə, hamısı sadəcə susacaqlar. Hansı ki, buna görə kurikulumda da davamlı səhvlər edir, ildən-ilə səhvlərin düzəltməyə çalışırlar. Öncədən təcrübəsi olan, ya da bu sahədə təhsil alanlara müraciət edilsəydi, bu qədər dəyişiklik, çatışmazlıqlar olmazdı. İndi hər səhvlərini yenilik adı ilə, təkmilləşmə adı ilə ört - basdır etməyə çalışırlar. Bunu İlkin Həsənlinin dolandırıcılığından yazarkən də sübut etmişdik.
Bir sözlə, məhvə məhkum edilən bir sistem üzərində can veririk..