2024-2025-ci tədris ilində yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində 10 əsas istiqamət üzrə 73 adda dərnək yenilənib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu addım dərnəklərin müasir standartlara uyğunlaşdırılmasına və təhsilalanların yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlib.
Bundan başqa, 2024-cü ildə 595 ədəd kompüter avadanlığı 145 məktəbdənkənar təhsil müəssisəsinə paylanılıb