Masallı Rayon Vətən Qəhramanı İntiqam Əsgərli adına 3 sayli orta məktəbdə qanunsuzluq günü gündən artır. Özbaşınalıqların pik həddə çatmasını təhsilmedia.az saytı olaraq dəfələrlə bildirsək də heç bir addım atılmamış və bir yolla ört-basdır edilmişdir. Yeni direktor heç bir imtahandan keçmədən saxta yolla rəhbər keçmiş, müavin Nailə Əsədullayeva isə yaşının son icazə verdiyi il olduğu üçün daha çox pul qazanmağın dərdindədir. Beləliklə, hər iki "şəxs" məktəbi talan etməklə məşğuldurlar. "Burda mənəm, Bağdadda kor xəlifə" devizi ilə yaşayan direktor və 2 müavini təhsili birdəfəlik məhv edirlər. Açıq-aydın adamımız var, "arxamız" var, hara şikayət edirsiz edin, bizə heç nə edə bilməzsiniz deyirlər. Ağamməd kişi arxalarında dağ kimi dururmuş.
Məktəbdə baş verən bir neçə qanunsuzluğu sübutlarla sizə təqdim edirik:
-Tik tokda dərs keçən və məktəbə gəlməyən Ruslan Ağayev dərsə heç vaxt gəlməsə də, maaşını alır. Amma buna görə heç bir tədbir görülmür. Hakim Qurbanov Nailə Əsədullayevin pul alıb bunu ört basdır edir.
- Jurnallara öz istədiklərinə görə qaib yazılır və sübutsuz şəkildə bunu edirlər. Üstəlik qaiblərə görə heç bir narahatçılıq da yoxdur. Şəkillərlə sübutu vardır.
-Evdə təhsilin adı var, özü yoxdur. İbtidai siniflərdə 3 evdə təhsil şagirdi olduğu halda keçirilmir. Verilən pul isə direktorla, müavin arasında, yəni Hakim Qurbanov ilə Nailə Əsədullayeva arasında bölüşülür.
-Jurnalları boş şəkildə müəllimlərə verirlər proqramın yazılmasını tələb edirlər. Amma uşaqların ad soyadları yazılmır. Çünki direktor pul qarşılığında istədiyi adamları jurnala əlavə edir. Hətta bıçaqlanma hadisəsinə görə məktəbdən qovulan şagirdi müəllimlərin etirazına baxmayaraq IX sinifə qəbul etdi. Şəkillərlə sübutu vardır.
- İdman dərsləri 35 saat olaraq müəllimlər arasında bölünüb. Pul qarşılığında müəllimlər yarsı səhər, yarsı günorta gəlir. Öz aralarında bölüblər, heç dərsi də keçmirlər. Təbii ki, pulunu Nailə xanımla Hakim bəyə verirlər.
-Boş dərsləri vakansiyaya çıxarmırlar. Öz hesabına məzuniyyətə çıxanların yerinə də vakansiya vermirlər. Elə pulları öz aralarında bölürlər.
- Züleyxa müəllim ikinci müavinidir, həm də sinif rəhbəridir. Rəhbərliyi zorla Tağı müəllimin adına yazdırmışdır. Hansı ki, 2 dəfə imtina yazsa da, Tağı müəllim çıxmaq istəsə də, səbrli olmasını və problem olmayacağını bildirmişdi. Belə ki, sinif rəhbərliyi pulunu da, əlavə pulları da özü alır. Əvvəllər də Ülvi Məmmədov idi. Bu ildən imtina etmişdir. Müavin 11-ci sinifə sinif rəhbərliyi edir.
- Psixoloq sinif rəhbərliyi edir.
-Aynurə və Ruslan müəllim gəlməsə də, maaş yazılır.
- Seçki vaxtı adı seçkidə getsə də məktəbdə olduğunu hər kəs bilir və video sübutları da var.
- Direktor və hər iki müavinin adına dərslər yazılsa da, heç vaxt keçmirlər. Bunu şagirdlər də dəfələrlə təsdiqləyib.
-Hakim Qurbanov keçmiş dostu Ülvi Məmmədova gözdən əlil olsa da, 30 saat dərs yazmışdır.
- Hakim Qurbanov şantaj üçün otağına kamera yerləşdirib. Lazım olduqda isə yuxarıda Nailə xanımın otağına çıxır gizli danışıqlarını orda davam etdirirlər. Üstəlik Nailə xanımın yaxını Əziziə Şirinovanı da baş qapıçı elan edib, axran kimi qapıya qoyurlar. Bir sözlə, film çəkmək mümkündür.
-Maraqlı budur ki, Masallı Təhsil İdarəsinə, Lənkəran-Astara Regional İdarəsinə və ETN-ə şikayət olunsa da, heç bir addım atılmamışdır.