Məktəblər olimpiyadaları ilə məşhurlaşa bilməz. Olimpiyada keyfiyyət göstəricisi olmamalıdır. Dövlət minimum təhsil standartı müəyyənləşdirib. Olimpiyadalarda da minimum standart deyil, hətta əlavə bir az çətinləşdirilmiş mövzulardan suallar olur. Nəzərə alsaq ki, uşaqlar artıq məktəbəhazırlıqdan hazırlığa gedirlər. Bunun məktəblə bir əlaqəsi yoxdur. Desəniz ki, həmin uşaqlara elə öz müəllimləri hazırlıq keçir. Onda da sual yaranır ki, birinci, bəs məktəbdə dərsdə niyə keçmir, ikincisi əlavə mövzular və minimum standartı aşan səviyyədə necə öyrədilib?
Yarımfinala keçən uşaqlara isə əlavə məşhur müəllim tuturlar. Çox vaxt həmin məktəbdən də olmur. Üstəlik olimpiyada hazırlıq qiymətləri baha, əlavə kitablar alınmalıdır. Bunu kim edir? Valideyn! Yəni rəhbərin etdiyi ən güclü repetitoru tapmaqdır. Bəs onda, sizcə, məktəbin uğurunu olimpiyada göstərə bilər???