12 və 13 may tarixlərində Mingəçevir şəhəri və Yevlax rayonunun ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
TehsilMedia.az xəbər verir ki, görüşdə rayon (şəhər) üzrə üzrə təhsil sektorunun müdiri və əməkdaşları və müəllimlər iştirak ediblər.
Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.
Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.