"Tapmaca tipli mətnlər salmaq
Elmi, çətin qavranılan mətnlər salmaq
Uzun yaddan çıxan mətnlər salmaq
Söz oyunları oynamaq
2 cümlədə 20 informasiya vermək
Bunlar oxuyub anlama bacarığı formalaşdırmağa xidmət etmir, yoxlamağa da xidmət etmir. Bu sadəcə saxtakarlıqdır, bu sadəcə oyundur. "Dinləyib anlama və oxuyub anlama bacarıqları bilirik ki, son illər çox müzakirəyə səbəb olur. Buna dair təlimlər keçirilir. PİSA, PİRLS qiymətləndirməsində ölkəmizdə bu bacarığın aşağı səviyyədə olduğu vurğulanır. Kifayət qədər məlumatlar da var. Amma bizim burada diqqəti yönəltmək istədiyimiz şey məhz bu problem üzərindən qurulan oyundur. Bəli, oyun!
İnsanların öyrənmə tərzləri fərqlidir. Biz bunu bilirik. Bəzən insanlar dinlədiklərini, bəzən oxuduqlarını daha yaxşı qavrayırlar. Bizdə bu iki bacarığın tam inkişaf etməsi üçün tənqidi təfəkkürümüz tam inkişaf etməlidir, metakoqnitiv bacarıqlar formalaşmalıdır.
Bəli, qəbul etmək lazımdır ki, əvvəlki təhsil sistemində oxuyub anlama, dinləyib anlama bir o qədər formalaşdırılmırdı. Amma nəticə etibarilə 18 ildir bu sahəyə məzmun xətti kimi yer verilib, standartlar reallaşdırılır. Bəli, oxuyub anlama, dinləyib anlama haqda informasiya nədir, nə soruşulur, bu tip 1-2 dərs məlumat verilməsi kifayətdir. Bundan sonra da sadəcə həmin standartları reallaşdırmaq kafidir. Çünki bu həmin tapşırıqlarla formalaşan bir bacarıqdır. Başqa bir yolu yoxdur.
Bəs onda problem nədir?
Tapmaca tipli mətnlər salmaq
Elmi, çətin qavranılan mətnlər salmaq
Uzun yaddan çıxan mətnlər salmaq
Söz oyunları oynamaq
2 cümlədə 20 informasiya vermək
Bunlar oxuyub anlama bacarığı formalaşdırmağa xidmət etmir, yoxlamağa da xidmət etmir. Bu sadəcə saxtakarlıqdır, bu sadəcə oyundur. Yeyinti üçün, pul silmək üçün, əlavə gəlirin artması üçün hamıya bir bəhanə lazımdır. ETN də bəhanə edir ki, bəli, bu bacarıq bizdə zəifdir. Zəif idi, düzəldi. Bu qədər! Standartlar, il sonu üçün təlim nəticələri, dərsliklər var. Bitdi!
Bundan sonrası isə artıq O-YUN-LAR-DIR!