Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Elmi Fond şöbəsi yeni təşkil olunan ekspozisiyada 500-dək eksponat nümayiş etdirəcək.
TehsilMedia.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində şöbə müdiri Gülzadə Abdulova məlumat verib. O bildirib ki, XVIII əsrdən XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar əsasən Azərbaycanın məişətində geniş istifadə olunmuş müxtəlif əşyalardan ibarətdir. Onların arasında ağac materiallarından oyma üsulu ilə hazırlanmış qablar, qaşıqlar, həmçinin çoxlu sayda mis qablar, o cümlədən su qabları və s. üstünlük təşkil edir.