İmtahanların təşkili və idarəedilməsi departamentində sektor müdiri vəzifəsi üzrə vakansiya elan olunub.
Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti
Struktur vahid: Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektor
Vəzifənin adı: Sektor müdiri
Qulluq funksiyaları:
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarının layihələndirilməsi və keçirilməsi məqsədilə sektorun işinin təşkil edilməsi və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seminarların, təhsil müəssisələri, mütəxəssislər və ekspertlərlə işin təşkil edilməsi;
Qəbul proqramlarının və test bankının yaradılması, vəsait və jurnalların hazırlanması proseslərinə rəhbərlik edilməsi;
İmtahanlarla bağlı təşkilati tədbirlərin keçirilməsi məqsədilə müvafiq qurumlarla işin aparılması sektorun işinin təşkil edilməsi
sektor üzrə işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi;
Sektorun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi, bu barədə departament müdirinə təkliflər verilməsi;
Sektorun müvafiq hesabatlarını departamentin müdirinə təqdim edilməsi;
Sektor üzrə yeni təyin olunmuş işçilərin təcrübəli əməkdaşlara təhkim edilməsi və onların işinə bilavasitə nəzarət edilməsi;
İşçilərin vəzifəsindən kənarlaşdırılması ilə bağlı departament müdirinə təkliflər verilməsi;Sektora daxil olan məktub və müraciətlərin araşdırılması və cavablandırılması işinin təşkil edilməsi;
Sektor işçilərinin mükafatlandırılması və ya cəzalandırılması barədə departament müdiri qarşısında məsələ qaldırılması;
Sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması;
Sektorun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
Rəhbərlik və departament müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələbi: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorun müdiri” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 14 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.