
Emin Əmrullayev daima təhsildəki geriliyin səbəbinin 20 il öncəsində olan boşluqlarla əlaqələndirir. Amma bir şeyi unudur ki, Elə Kurikuluma da, Baloniya prosesinə də Misir Mərdanov imza atıb. Yəni tərifləyib bitirmədikləri o kurikuluma, kredit sisteminə onun sayəsində keçid ediblər. Üstəlik nəzərə alsaq ki, kurikulum 18 ildir artıq ölkəmizdə özünü göstərir, hətta etdiyi səhvləri düzəltmək üçün təkmilləşmə adı ilə xalqı aldadırlar, bəs onda niyə heç bir təsirin göstərmir? Nəzərə alın ki, ilk kurikulumla təhsilə başlayanlar artıq universiteti bitirblər və işsizlər ordusuna qoşulublar. Tutalım 20 il əvvəl diplomlar satılırdı və bizim təhsilimizi məhz diplom alanlar çökürtdü. Lap yaxşı, o qədər ixtisasartırmalar bəs necə oldu? Və ya sertifikasiya etdin kəsdim-xeyirli olsun. Bəs deyə bilərsinizmi, cənab nazir, MİQ-dən kəsilən çoxdu, ya Sertifikasiyadan? Elə kiçim bir müqayisə aparsaq açıq-aşkar 20 il əvvəl yox, indi daha ciddi problem olduğunu görərdik. Əks halda sizin deməyinizlə MİQ-dən hamı uğurla keçərdi. Bu da göz önündədir.
Üstəlik vəzifə satışları da göz önündədir. Hamı vəzifəni satın alır. Üstəlik kim nəsə yeyinti yeri açsa, ona da əlavə vəzifə verən sizsiniz, biz deyilik, nə də 20 il öncəkilər deyil!