Burdan əsasən valideynlərə səslənirəm. Heç bir layihə, yarışa, müsabiqəyə qoşulmayın. Qısa və konkret. Kimsə gedir, müəllim məcbur edir, yuxarıdan tapşırıblar və.s. GETMƏYİN. Heç bir nəticəsi yoxdur, heç bir faydası da yoxdur. Əksinə uşağın dərslərinə qarşı diqqəti yayınır, əlavə stress keçirir, uşağın asudə vaxtı olmadığından beyin zədələnir, üstəlik də siz bundan heç bir nəticə əldə etməyəcəksiniz. Yalandan qazanılan bacarıqları adı ilə sizi manipulyasiya etməyə çalışacaqlar. Halbuki yumşaq bacarıqlar sadəcə qoşulduğunuz layihə, olimpiyada, yarış, müsabiqə ilə qazanılmır. Bu çox savadsız yanaşmadır. Ondansa, övladınızla gözəl vaxt keçirin, söhbət edin, kitab oxuyun, hətta birlikdə susun. Onsuz məcburi monitorinq edirlər sizin övladınızı yoxlamaq deyə məcburiyyətiniz yoxdur. Uzağı çox narahat olsanız bir kursdan bir imtahan kifayətdir.
Olimpiyadada istədiyiniz qədər iştirak edin, vaxt, pul, hazırlıq, stress, sonunda hamısı sizdən asılıdır. Nə ev, maşın, nə pul, nə ETN tərəfindən təminat verilmir. Hətta uşaq xaricə gedəcək onda da pulu yenə valideyn verir. Ondansa imkan olanda ondan da az pulla ya Azərbaycanın bir yerinə, ya da pulunuza uyğun bir xarici ölkəyə gedib gəzin.
İnanın dərindən düşünün, eqo, təkəbbürü kənara qoyun, bunlar bir manipulyasiyadır. Qoyun sürüsü kimi insanları reklamlarla vadar eliyir, pul qazanırlar. Bu sadəcə bir oyundur. Bu oyunun qurbanı olmayın. Övladınız sizin və ETN-nin oyuncağı deyil. Uşaqlar uşaqlığını yaşasın. Onların ehtiyacı olan siz və sevgidir. Elm yaxşı şeydir, təhsil çox gözəldir amma bu qədər! Elm sadəcə pul qazanıb həyatını idarə etmək üçündür. Həyat deyil! ÖVLADINIZIN HƏYATINI ƏLİNDƏN ALMAYIN.
Sizə diplomlu robotlar deyil, xoşbəxt insanlar lazımdır.