Hörmətli, tehsilmedia.az saytı izləyiciləri, bu gün sizinlə çox həssas bir məsələ ilə bağlı şikayət paylaşacağam. Belə ki, şikayətimiz Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbindəndir. Məktəbdə hər şey qaydasında idi, eynilə müxtəlif orqanlardan gələn yoxlamalar da tam razılıqla məktəbi tərk edirdilər. Amma vəziyyət yeni direktor əvəzi kimi gələn müəllimin rəhbərliyindən sonra dəyişdi. Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin səs müəllimi olan Orucov Səttar məktəbə direktor əvəzi kimi həmin məktəbə təyin ediblər. Direktor əvəzi məktəbin 60% müəllimi ilə çoc kobud rəftar edir, sadəcə öz yaxınlarına qarşı mülayimdir. Bütün işlərində
"Mən beləyəm", "Gedin kimə şikayət edirsiniz edin", " Mənə heç kim heç nə edə bilməz" arxayınlığı ilə hərəkət edir. Amma bütün bunlardan kənarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, özbaşınalıq və qanunsuzluğundan əlavə əsas məsələ
SAĞLAMLIQ İMKANI MƏHDUD ŞAGİRDƏ QARŞI ETDİYİ QƏRƏZLİLİKDİR.
Artıq bu il III sinifdə oxuyan epilepsiya xəstəliyi olan sagirdi nə müəlliminə, nə də valideyninə heç bir məlumat vermədən əmrini yazıb məktəbdən kənarlaşdırıb. Dərslərdə müntəzəm olaraq iştirak edən, imtahanlara girib öz halal qiymətlərini alan bir uşağı məktəbdən kənarlaşdırıb. Səbəb isə budur ki, 2024-2025-ci tədris ili başlayandan oktyabr ayının yarısından çoxunu dərsə müntəzəm gəlsə də, davamında ölkəmizdə yayılan qriplərdən tutdu. Sonra səhhəti ilə əlaqədar Bakıda həkimlərə getdi. Hətta yarım ilin imtahanına da girdi, amma proqramın heç birini tam yerine yetirə bilmədi. Bunun da səbəbi onunla bağlıdır ki, uşaq ara-sıra dərslərə gəldi, həkim beynin yüklənməsinə icazə vermədi deyə dərsləri müvəqqəti yüngülləşdirdilər. Səttar adlı direktor əvəzedicisi bu olayı əlində bayraq edərək uşağa heç bir şans, möhlət vermədən məktəbdən kənarlaşdırdı. Niyə çıxardın dedikdə isə 3-cü qrup əlildir, xəstədir, əcəb edib çıxarmışam- deyir. Yaxşı bəs
İlham Əliyev siyasəti, BMT-nin “Əlillərin hüquqları haqqında”
Konvensiyası, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın tətbiqi, İnkluziv təhsil, xüsusi təhsil proqramı, bəs Leyla Əliyevanın xüsusi qayğısı, diqqəti, bəs bu qədər əmrlər, fərmanlar... Direktor bu qanunları, ölkəmizin qanunlarını heçə sayır. Biz əlil uşaqların dərsə həvəs və marağını artırmaq, onlara keyfiyyətli təhsil vermək, potensiallarını kəşf etmək və inkişaf etdirmək, cəmiyyətə adaptasiya olunmasına şərait yaratmalıyıq. Kənarlaşdırılan uşaq əqli, şüurü yerində, ağıllı, tərbiyəli, qanacaqlı bir uşaqdır.
Dərslərinə məktəbə gəldiyi gündən valideyini ilə gəlib gedib. Nə autizim, daun nə də fiziki qüsurlu deyil. Sadəcə epilepsiyalı uşaqdır. III sinifə qədər bütün imtahanlarda səliqəli şəkildə iştirak edib öz halal 3-4-5 qiymətlərini alıb.
Sizcə, bu müəllimin etdiyi qanunla, insanlıqla, hansı ölçüdə yanaşırsınızsa, düzgündürmü? Uşağa sən əlilsən, ona görə məktəbdən çıxartdılar səni necə deyilə bilər? Uşağı sevdiyi, əyləndiyi, güc, enerji, vaxt itirdiyi, əmək sərf etdiyi sahədən necə ayıra bilərlər? Bunu həmin şagirdə necə izah edə bilərlər? Bu bir şagirdə, şagirdin valideyninə, hətta cəmiyyətə vurulan ən böyük zərərdir. İnsan vicdanına vurulan şillədir.
Biz aidiyyatı qurumlardan Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbində baş verən bu qanunsuzluğu aradan qaldırmalarını, şagirdin təhsilinə davam etdirməsini tələb edirik. Bu səbəbdən hətta Leyla Əliyeva, Mehriban Əliyeva, İlham Əliyevə də səslənib onların qayğı və sevgisinin, dövlət qanunlarının həmin məktəbdə heç sayıldığını bildirib bu məsələyə dərhal müdaxilə etmələrini xahiş edirik.