Maraqlı bir hadisə baş verir. Deməli, təhsildə müəllim-şagird-valideyn münasibətləri təmin edilməlidir. Burda valideynlərin də maarifləndirilməsi çox önəmlidir. Hətta biz də sayt olaraq valideynlərin maarifləndirilməsinə dair bir neçə təklif irəlu sürmüşük. Bu bir kənarda...
Bu işlə ARTİ məşğul olmalıdır, ATİAHİ məşğul olmalıdır, MÜTDA, ETN məşğul olmalıdır. Konkret plan hazırlanmalı və bunun üzərindən dərslər xüsusi mütəxəssislər tərəfindən keçirilməlidir. Amma həmişəki "alma-satma dəngəsi" yenə də özünü burda göstərir. Təsəvvür edin, bu qədər təhsil qurumu qalıb kənarda, TAİM valideyn klubu yaradıb dərslər keçir. Birbaşa bu təhsilə təhqirdir. Ekspert kimi çalışırdı, çıxarıldı, Təlimə Dəstəkdə işlədi çıxarıldı. Bir sözlə, təhsilə yararsız və satıcılıqla məşğul olduğu üçün işdən çıxarıldı amma yenə də Nazirlik öz işini görür. Pul həqiqətən çox önəmlidir, Dayday həqiqətən çox önəmlidir. Bunu biznesmen bir adamın Metodikanı əlində oyuncaq edib bütün milləti barmağına dolamağında və buna hər cür şərair yaradan Nazirlikdən görürük.
Eşq olsun bizim təhsilimizə. Nazirlik özü təhsili kursa satır. Sonra deyir, repetitorluğu ləğv etmək istəyirik. Siz repetitorluğu LƏĞV etmək yox, sizdən başqaları pul qazanmasın, hamısı sizin olsun, ancaq bunu istəyirsiniz.