Lənkəran-Astara Regional Təhsil İdarəsində qanunsuzluqlar baş alıb gedir. Heç kim bu qanunsuzluğa dur demir. Tehsilmedia.az saytı olaraq bir neçə qanunsuzluğu ictimailəşdirsək də, hələ ki ETN-dən uğurlu bir addım, problemin həllinə dair bir addım görmürük. Bu isə həmin qanunsuzluqlardan elə Elm və Təhsil Nazirliyinin də məlumatı var və bilərək "susur" deməkdən başqa çarə buraxmır. Demək ki, sus payı vasitəsilə qanunsuzluqları görməzdən gəlirlər.
Lənkəran şəhərində bir neçə problemi sizlər üçün ümumiləşdirmişik.
Lənkəran şəhər 7 saylı Azər Məhərrəmov adına tam orta məktəbin Fiziki Tərbiyə müəllimi Rakif Ağayev keçən ildən pensiya yaşı çatıb pensiyada alır, amma məktəbdə saxlayıblar işləyir.
Lənkəran rayonu Separadi tam orta məktəb Fiziki tərbiyə müəllimi Baba Rzayev 2 ildir pensiyaya yaşı çatıb pensiyada alır amma məktəbdə saxlayıblar işləyir.
Lənkəran şəhər saylı T.Bayraməlibəyov adına tam orta məktəb Fiziki tərbiyə müəllimi Nərminə Ağayeva pensiya yaşı keçən il çatıb pensiya alır, amma hələ də işləyir.
Lənkəran rayonu Aşağı Nüvədi Kənd adına tam orta məktəb Rübeydə İbrahimli və Kazımova Aytac ikisidə kollec təhsili alıb, amma Fiziki tərbiyədən X və XI siniflərə dərs keçirlər. Halbuki qanunla yalnız Ali təhsilli olan müəllim dərsi tədris edə bilər. Belə ki, Aşağı Nüvədi tam orta məktəbin direktoru iki ildir vakansiya vermir.
Lənkəran Astara Regional Təhsil idarəsi balansında olan məktəblərə Fiziki tərbiyə fənni üzrə - ci sinifdən 11-ci sinfə kimi dərslik və Metodika kitabları gətirtmir və məktəblərə vermirlər. Halbuki Elm və Təhsil Nazirliyi Dövlət müdcəsində maliyyə dəstəsi ilə hər il kitabların çap olunur.