TKTA agentlik olduğundan öz hesabına maliyyələşir. Bu isə TKTA-nın həddindən artıq yeyinti mərkəzi olmasına çevrilməsinə səbəb olur. İstənilən bir məsələni yeyinti sahəsinə çevirirlər. Məktəbləri yoxlamağa gedirlər və çox kobud rəftarları, yersiz yanaşmaları, lazımsız münasibətləri ilə Təhsil nümayəndələrinə uyğun olmayan hərəkətlər edirlər. Məktəblərdə davamlı yoxlamalar olur. Hər biri etik davranış çərçivəsində öz araşdırma və yoxlanışlarını edirlər. Heç bir narazılıq, xoşagəlməz rəftar olmur. İstər
Maliyyə yoxlaması, istər Nazirliyin Daxili Nəzarəti, amma TKTA çox təkəbbürlü, eqoist, insanlarla kobud rəftarı ilə diqqəti cəlb edir. Sanki bir qurumun işçisi deyil, Nazir, Prezident, hətta "Allah" kimi özlərini aparırlar. Direktor və müəllimlərdə ikrah hissi formalaşdırırlar. Bu xoşagəlməz rəftarları isə sadəcə olaraq bir qanunsuzluq tapıb təlim yazıb pul qazanmağa xidmət edir. Sadəcə ETN düşünmür ki, əgər bir məktəb bütün yoxlamalardan uğurla, müvəfəqiyyətlə keçibsə, eyni şeyi yoxlayan TKTA səhv tapsa belə digər qurumlar səriştəsiz və keyfiyyətsiz iş görməsi, qanunsuzluqla bağlı bağlanmalı və cəzalandırılmalıdır. Amma nədənsə TKTA gəlir, heç bir qanunsuzluq, narahatlıq olmayan yerdən "iynə ilə goreşən" misalı bir səhv tapmağa çalışır ki, mütləq, nəyin bahasına olursa olsun təlim keçirilsin və TKTA maliyyələşsin.
Əvvəla, qurum işçilərini düzgün, əxlaqlı, etikaya riayət edən və mədəni davranışa dəvət edirik. İlk öncə insanlıq, insaniyyət tələb edirik.
İkincisi isə öz hesabına maliyyələşmə səbəbindən məktəbləri zorla təlimə cəlb edərkən digər qurumların iş prinsipini heçə saydığından eyni səviyyədə həmin qurumların bağlanılması və cəzalandırılmasını təlb edirik.