Tehsilmedia.az saytı olaraq keçən yazımızda bildirmişdik ki, Lənkəran rayonu Tütəpeştə kənd ümümorta məktəbində dərsə ikinci saat gələn Bagırzadə (Əsgərzadə) Amin Təhmasib oglunu direktor Rövşən Əliyev ölümcül şəkildə döymüşdür. Şagirdin valideyni israrlı zənglərdən sonraizahatı geri götürüb. Direktoru isə polis bölməsi buraxmışdır. İndi isə xəbəri ört-basdır etməyə çalışırlar. Yoxlama adı ilə 5 nəfər məktəbə gəlib məsələni guya yerinə qoyurlar. Direktora heç nə etmir, ancaq şagirdi məktəbdən çıxmağa zorlayırlar. Qeyd edək ki, bu direktorun ilk hadisəsi deyil. Dəfələrlə şagirdləri fiziki şiddət göstərmişdir. Dəfələrlə narazılıq olmuş, amma hər dəfəsində ört-basdır edilmişdir. Aidiyyatı qurumların ədalətli şəkildə işləməsini tələb edirik. Şagirdin deyil, direktorun işdən çıxarılması lazımdır. Dəfələrlə uşaqları xəstəxanalıq edən direktordan rəhbər ola bilməz!!!