
Dünən (18.03.2025) səhər saatlarında Masallı rayon Təzəkənd kəndə R.Nəbiyev adına tam orta məktəbində insident baş verib. Belə ki, məktəbin müəllim heyətindən olan Afəddin Babayev müəllimlərdən birinə yumruqla ciddi xəsarət yetirib və sağlamlığına ciddi ziyan vurub. Hadisə haqqında polisə dərhal məlumat verilmişdir. 102-ə zəng vurulmuşdur. Hal-hazırda xəsarət alan müəllimin gözündə şiddətli ağrılar, qızartılar, göz nahiyəsində müxtəlif növ ləkələr və ayaq nahiyəsində şiddətli ağrılar müşahidə olunmaqdadır. Hadisə müəllimlərin gözü qarşısında olub. Hətta o qədər şiddətli olub ki, digər müəllimlər müdaxilə etməsəydi, ölüm hadisəsi baş verə bilərdi. Ən acınacaqlı məqam budur ki, müəllim adını daşıyan şəxsin çox ciddi psixoloji problemləri var və belə bir problemi olan şəxs gündəlik olaraq şagirdlərə dərslər tədris edir. Aidiyyatş qurumlardan məaələnin həll edilməsini tələb. edirik. Psixoloji problemi olan və vəhşicəsinə müəllim həmkarına ciddi zədə vuran şəxs cəzalandırılmalı və hüquqları tapdalanan, ciddi xəsarət alan müəllimin isə huquqlari bərpa olunsun.