
Təhsilmedia.az saytı olaraq bildiririk ki, Azərbaycanda 3 dəfə devalvasiya olduğundan müəllimlərin maaşı hər dəfə 20 faiz artımla 60 faiz artırılmalı idi. Bu artım isə ölkədəki bütün müəllimlərə şamil olunmalı idi. Hansı ki, ölkədə digər qurumlarda maaş artımı təmin edilsə də, bu artım müəllimlərə şamil edilmədi. Müəllimləri isə sertifikasiya imtahanına tabe edib, bununla 51+ bal toplayanlara 35% artım veriləcəyi bildirildi. 3 ildir ki, müəllimlər imtahana cəlb olunur və vergilərlə hesablananda 24% artım verilir. Nəzərə alsaq ki, həkimlər də sertifikasiyaya cəlb olunur, amma bu sahədə ölkənin digər qurumlarına uyğun artım özünü göstərir. İkinci bir sahə müəllimlərin daxil olduğu təhsildir və daha geniş spektrli olduğundan artım əvəzinə yeyinti ilə təmin etmə ön plana keçdi. Bu "dəngələmə" yeni-yeni agentliklərin yaranmasına da şərait yaratdı. Beləliklə, hərtərəfli soyğunçuluq başladı. Burdan digər qurumlar da öz payını götürdü. Amma yenə olan müəllimə oldu. Dəyişən dövrün xüsusiyyətləo, ehtiyaclar, devalvasiya, artıma əsasən müəllimlərin maaş artımına sertifikasiyaya tabe etmək müəllimlərə qarşı edilən ən böyük hörmətsizlik, ayrı-seçkilikdir.