Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbində Direktor Nərmin Nəbiyeva qanunsuz şəkildə xadimə Ağayeva Zəhra Nurəddin qızını işdən azad edib. Ştatlar ixtisara düşdü. Ona görə işdən azad etdi. Müfəttişlik direktoru 1500 manat cərimə etdi və işə bərpa qərarı verdi. Biləsuvar rayon məhkəməsi də işə bərpa qərarı verdi. İş apellyasiya məhkəməsindədir. Əvvəl mən apellyasiyanı udmuşdum, direktor ali məhkəməyə verdi, çox qəribədi ki, ali məhkəmə işi təkrar apellyasiyaya qaytardı.
Bir il yarımdır yollarda, məhkəmələrdə, müfəttişliklərdə olan Zəhra xanımın işi hal-hazırda apellyasiya məhkəməsindədir.
Qeyd edək ki, üç qız övladı var. Onlardan biri körpədi, biri isə üçüncü qrup əlildir. Xanım özüü də şəhid bacısıdır. Maddi-sosial vəziyyəti də yaxşı deyil. Maraqlıdır,
Həmkarlar niyə bu xanımın hüququnu təmin edə bilmədi, niyə hüququnu müdafiə etmədi, niyə günahsız olduğu halda işinə davam etməsinə kömək etmədi, niyə maddi vəziyyəti, sosial vəziyyəti çox aşağı olduöu, şəhid bacıaı olduğu, körpəli və əlil uşaqlı olduğu a görə dəstək göstərmədi?
MÜTDA niyə direktorla əlaqədar heç bir addım atmır, Şirvan-Salyan Regional Təhsil İdarəsi niyə bir addım atmır, niyə xanımı işlə təmin etmirlər???