Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

"Təhsildə qızlar və oğlanları müqayisə etmək dayandırılmalıdır"

Elm və təhsil

22-04-2025, 12:43

"Təhsildə qızlar və oğlanları müqayisə etmək dayandırılmalıdır"


Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər maksimum bal topladı. Onlardan 16-nın qız olması isə mediada qeyri-adi şəkildə vurğulandı. Qızların oğlanlardan daha çox uğur qazanması bir növ “möcüzə” kimi təqdim olundu. Bəzi fikirlərdə oğlanların təhsilə ciddi yanaşmadığı, “oxumağa baş qoşmadığı” irəli sürüldü.

Bəs hər dəfə bu mövzunu qabartmaq və qızların uğurlarını oğlanlarla müqayisə etmək nə dərəcədə doğrudur?

STM-nin sektor müdiri, təhsil eksperti Elmin Nuri AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycan təhsil məkanında qızlarla oğlanların uğurlarını qarşı-qarşıya qoymaq artıq dayandırılmalıdır:

“Azərbaycan həm müsəlman Şərqində, həm də türk dünyasında gender balanslılığına görə müsbət mənada fərqlənən ölkələrdən biridir. Bu xüsusiyyət təhsildə daha çox nəzərə çarpır. Biz qızların uğurunu xüsusi şəkildə qabartmağı artıq dayandırmalıyıq. Hər hansı bir uğurun fərqləndirilərək təqdim edilməsi yalnız nadir və müstəsna hallarda məntiqli ola bilər. Jurnalistikada xəbər anlayışı yenilik və qeyri-adilik üzərində qurulub. Amma bir şey təkrarlanaraq adi hala çevrilibsə, artıq onun xəbər dəyəri qalmır”.

Ekspertin fikrincə, bir şəxsin Massaçusets Texnologiya İnstitutuna (MIT), Boğaziçi və ya Stenford Universitetinə qəbul olunması faktı, bu şəxsin oğlan və ya qız olmasından asılı olmayaraq, eyni dərəcədə dəyərləndirilməlidir:

“Jurnalistika baxımından bu məsələdə ayrı-seçkilik prinsip pozuntusudur. Gender baxımından isə artıq qeyri-etik bir formaya gəlib çıxır. Qızlarımız təhsildə o qədər yüksək nəticə göstərirlər ki, bunu artıq normal hal kimi qəbul etməliyik. Əgər bu tendensiya davam edərsə, gələcəkdə oğlanların uğuru istisna kimi görünə bilər – bu da, əlbəttə, arzulanan vəziyyət deyil. Ən ideal yol - gender balansının qorunmasıdır.

Cəmiyyət olaraq qızların uğurunu qeyri-adi, təəccüb doğuran bir hal kimi təqdim etməkdən imtina etməliyik. Dövlət İmtahan Mərkəzinin illik elmi-statistik hesabatlarına əsasən, son 10-15 ildə demək olar ki, bütün ixtisas qruplarında (I ixtisas qrupu istisna olmaqla), böyük şəhərlərdə və regionlarda qızların nəticələri oğlanlardan daha yüksəkdir”.

Elmin Nuri qeyd edib ki, 690–700 bal aralığında nəticə göstərənlər arasında hələ də oğlanlar müəyyən qədər üstünlük təşkil edir

“2000-ci illərin əvvəllərində 690–700 bal toplayan oğlanların sayı daha çox idi. Ancaq zamanla bu göstərici azalıb. Ümumi say çoxluğu isə qızların xeyrinədir. Buna görə də nə oğlanları, nə də qızları qəhrəmanlaşdırmaq düzgün deyil. Artıq gender fərqinə əsaslanan yanaşmalardan imtina etməliyik”.

Ekspertin sözlərinə görə, Azərbaycan təhsil sistemi intellektual səviyyə və tədrisin keyfiyyəti baxımından inkişaf etmiş ölkələrlə tam rəqabət apara bilməsə də, savadlılıq səviyyəsi və oxu mədəniyyəti baxımından yüksək nəticələrə malikdir. Ən ucqar dağ kəndlərində belə insanlar oxuma-yazma bacarığına malikdir.

Qızların təhsildən yayınması məsələsinə toxunan Elmin Nuri bildirib:

“Digər müsəlman ölkələri ilə müqayisədə, Azərbaycanda bu göstərici xeyli aşağıdır. Statistikaya əsasən, orta məktəblərdə qızların təhsildən yayınma göstəricisi 7%-dən aşağıdır. Elə ölkələr var ki, orada bu rəqəm 20% civarındadır. Bu sahədə aparılan islahatlar, xüsusən icbari təhsilin IX sinfə qədər tətbiqi, qızların məktəbdən yayınma hallarının azalmasına səbəb olub”.

Ekspert sonda bu yanaşmanın zərərli nəticələr doğura biləcəyinə diqqət çəkib:

“Qızların oğlanlarla müqayisəsindən əl çəkməliyik. Reallıqla barışmalıyıq ki, bu gün təhsildə qızların göstəriciləri daha yüksəkdir. Amma bu mənzərəni də ürəkaçan hesab etmirəm. Cəmiyyət olaraq əsas məqsədimiz cinsindən asılı olmayaraq intellektual, savadlı və dəyərli insanlar yetişdirmək olmalıdır. Bizim üçün bu insanın qız və ya oğlan olması fərq etməməlidir”.

Oxunub: 118
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

18-09-2024, 14:40

Ali məktəblərdə oğlanların sayı AZALIR

Mədəniyyət

20-02-2024, 15:00

Azərbaycanda erkən yaşda ərə verilən qızların rəsmi SAYI

Elm və təhsil

11-02-2024, 14:12

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Elm və təhsil

10-08-2023, 23:56

Valideynlərə ÇAĞIRIŞ: qızlara təhsil verin!

Dünya

7-08-2023, 13:58

Bu ölkədə 10 yaşdan yuxarı qızlar məktəbə gedə bilməyəcək

Araşdırma
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
Abşeron-Xızı Regional Təhsil İdarəsində AYNUR RÜSTƏMOVA HEGEMONLUĞU
ETN- ARTİ-LDU-Lənkəran Astara Regional Təhsil İdarəsini nə birləşdirir? Dövlət səviyyəsində qanunsuzluq etməyə bu ixtiyarı haldan alıblar???
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR
Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəb haqqında BÜTÜN HƏQİQƏTLƏR... FAKTLARLA!!!
Elm və Təhsil
Bugün, 17:47
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Bugün, 13:24
Tanınmış jurnalist direktorların işdən çıxarılmasına münasibət bildirdi...
Bugün, 13:08
Universitetlərə qəbul planı AÇIQLANDI
Bugün, 13:07
Kolleclərə qəbul planında DƏYİŞİKLİK
Bugün, 13:07
İmtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə edilir - DİM
Bugün, 13:06
Bu gün IX sinif imtahanın nəticələri açıqlanacaq - RƏSMİ
Hadisə
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
29-03-2025, 18:06
Naxçıvanda tələbə dəm qazından boğularaq ölüb
Son xəbərlər
  • Bugün, 17:47
    Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
  • Bugün, 13:24
    Tanınmış jurnalist direktorların işdən çıxarılmasına münasibət bildirdi...
  • Bugün, 13:08
    Universitetlərə qəbul planı AÇIQLANDI
  • Bugün, 13:07
    Kolleclərə qəbul planında DƏYİŞİKLİK
  • Bugün, 13:07
    İmtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə edilir - DİM
  • Bugün, 13:06
    Bu gün IX sinif imtahanın nəticələri açıqlanacaq - RƏSMİ
  • Bugün, 13:05
    İmtahanla bağlı apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq
  • Bugün, 11:17
    Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
  • Bugün, 11:15
    Bu il ərizə sayı ötən ildən 12 min çoxdur - DİM sədri
  • Bugün, 10:45
    İmtahan nəticələrinin bu gün elan olunması GÖZLƏNİLİR
  • Bugün, 10:45
    Müəllimlərin işə qəbulu imtahanı - Kimlər iştirak edə bilərlər?
  • Bugün, 10:40
    Bakıda 3 məktəb direktoru İŞDƏN ÇIXARILDI
  • Dün, 12:13
    BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib
  • Dün, 12:00
    Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət alan abituriyentlərin NƏZƏRİNƏ
  • Dün, 11:54
    MİQ-ə qeydiyyat BAŞLADI
  • Dün, 11:53
    “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanının nəticələri açıqlandı
  • Dün, 11:52
    Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib
  • Dün, 11:51
    Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
  • 21-05-2025, 23:59
    Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovanın səs yazısı
  • 21-05-2025, 20:04
    Təhsil sahəsində çalışanların güc savaşının arxasında duran nədir?
  • 21-05-2025, 18:47
    HƏP Naxçıvanda geniş iclas keçirdi - VİDEO
  • 21-05-2025, 14:09
    “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilməsi nəzərdə tutulub.
  • 21-05-2025, 13:54
    201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
  • 21-05-2025, 13:37
    İşdən çıxarılan məktəb direktorunun "ürəyi getdi"
  • 21-05-2025, 12:12
    9-cu sinif şagirdlərinə müraciət - onlayn imtahanın vaxtı
  • 21-05-2025, 12:11
    Məkəb direktorları arasında kişilər daha çoxdur - RƏQƏMLƏR
  • 21-05-2025, 12:10
    Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
  • 21-05-2025, 12:09
    ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə bilikləndirilib
  • 21-05-2025, 12:08
    Sertifikasiya: Bu il kəsilənlərin sayı arta bilər? - PROQNOZ
  • 21-05-2025, 12:06
    LDU-da dəyirmi masa: “Regionlarda elm və təhsilin inteqrasiyası”
  • 21-05-2025, 12:06
    DİM-də növbəti təlim təşkil olunub
  • 20-05-2025, 18:49
    Tofiq İsmayılov "İlin fəal gənci" diplomuna layiq görüldü
  • 20-05-2025, 18:42
    MİQ üzrə qeydiyyat BAŞLAYIR
  • 20-05-2025, 18:29
    Məktəblərin publik hüquqi şəxsə çevrilməsi bizə nə verəcək?
  • 20-05-2025, 18:12
    ATİAHİ tərəfindən 308 tələbəyə “Adlı təqaüd” təqdim olunub - FOTO
Daha çox
21-05-2025, 13:54
201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
19-05-2025, 16:38
ŞOK! 201 saylı məktəbin direktoru müəllimi zavuça qarşı durmağa məcbur edir! VİDEO
21-05-2025, 20:04
Təhsil sahəsində çalışanların güc savaşının arxasında duran nədir?
17-05-2025, 00:01
Abşeron-Xızı Regional Təhsil İdarəsində AYNUR RÜSTƏMOVA HEGEMONLUĞU
21-05-2025, 23:59
Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovanın səs yazısı
20-05-2025, 18:29
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi bizə nə verəcək?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə