Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş "Çin - COMSTECH Əməkdaşlıq Təşəbbüsü: İƏT üzv dövlətlərində ənənəvi tibb və müttəfiq biotibbi elmlərdə əməkdaşlığın gücləndirilməsi” adlı vebinarda iştirak edib.
İnstitutdan "TehsilMedia.az"a bildirilib ki, təşkil olunmuş tədbirdə tədqiqatçılar, elmi-tədqiqat laboratoriyaları və sənaye sahələrinin müvafiq əməkdaşları və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) üzv dövlətləri çıxış ediblər.
Tədbirdə birgə laboratoriyaların yaradılması, İƏT-ə üzv dövlətlərin alimləri üçün mübadilə proqramları və məhsul əsaslı tədqiqatlar kimi əməkdaşlığın aspektləri də müzakirə edilib. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.
TƏHSİL MEDİA