Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.
MN-dən "TehsilMedia.az"a verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.
Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotosu çəkdirilib.